Çap

165 - Namus və haqq bölünməz şeylərdirlər

Namus və haqq bölünməz şeylərdirlər.

(Xarici siyasət, bank, ağır sənaye, ordu, ...)

 

Federalizm ananas deyil, bəlkə sömürgəçi-

liyin ikinci formasını hakim qılmaqdır.

1632

Ay millət milli haqlarını tanı!

Haqq yolunda tökülmüş Türkün qanı,

Ki bağımsız edə Azərbaycanı;

Namus və haqq bölünməz şeylərdirlər,

Haqsızlar federalist ... bəylərdirlər.

1627

Ay millət varlıqlarına malik ol!

Yaddan yana federalizmə olma qul!

YOXSA… mədənlərinçapılar bol-bol,

Ağır sənaye qurmaq haqqın olmaz,

Milli qazancın öz gölünə dolmaz.

1628

Ay millət, Fars çapıb sənin yurdunu,

Yatırdığı … artırıbdır dərdini,

Ki sömürə işlətdiyi budunu;

Səhv etsə də firqənin dünkü solu,    (1946)

Sənindir yurdundakı ... dəmir yolu.

(Sənindir o cümlədən dəmir yolu.)

1629

Ay millət öz ayağın üstündə dur!

Sən də bağımsız edən bankını qur!

Özgədən asılı edən Türkü bur!

Bağımsız bankı olan kama çatar,

İstədiyini həm alar, həm satar.  (İthalat, ixracat.)

1630

Ay millət sən də bağımsız millət ol!

BMT-də öz milli yerini bul!

Yaddan asılı edənə vermə yol! ...

Ay millət sən də milli yazqını yaz!

Yaddan yana yazılmış yazqını poz!

1631

Bilik lazımdır ki, haqqını bilə,

Qol lazımdır ki, qulluq edə elə,

YOXSA əməkləri verilər yelə;

Hər inqilab öz ordusunu qurar,

Yaddan yana ordu ... məzlumu vurar.

27.05.2012

 

>