Çap

142 - Ay Bakı, bükmə güneyin belini!

Ay Bakı, bükmə güneyin belini!

1436

İki min on birin muğam yarışı,

Antitürk farscaya sundu girişi,

Yasaq türkcəyə yedirə barışı:

Muğamat yarışı bəhanə oldu,

Antitürk siyasətinə yol buldu.

1437

Bakı istəyini dilə gətirdi,   (Rəsmi Bakı)

Ərəb dili ilə izi itirdi,      <<<

Fars dili ilə sözünü bitirdi:

Rus mafyasının Fars ilə Türk qolu,

“Ərbab”ı ilə tanıtdılar “qul”u,*

Büküldü əlli milyon Türkün beli.

 

      *- Azərbaycanın güneyindən qatılan qonaqları.

1438

Farsın haqqı var ki, Türkə “xər” deyə,

O Türkə ki, istər farsca pox yeyə,

Türkcənin qatili Farsa baş əyə.

Ay Bakı, bükmə güneyin belini!

Antitürk Farsa satma Türk elini!

 

Türkün üsyandan başqa yolu yoxdur,

Nə yazıq ki, satqın aydını çoxdur.

10.06.2011