Qarabağımızı kim qurtaracaq?
Minsk qurupu ölçür, Erməni biçir,
Antitürk Rusyanı Bakı dost seçir,
Bu səbəbdəndir ki, Elçibəy demiş;
“Qarabağın yolu Təbrizdən keçir,”
Qarabağımızı
kim qurtaracaq?
(Haçan baş qaldırdın Qarabağ üçün?)
(Ki bağışlana yirmi illik suçun.)
Baltacı Araz
(Azərbaycan Türkünün əl kitabı)
Qarabağdan sonra hara batacaq?
Bizdən başqa kim bizi qurtaracaq?
Hörmətli yurdsevər soydaşlarım!
İqtidar and içib yurdumu sata,
Sər verə, sirr verməyə, yeyə yata,
Ki ağası Rusya dâdına çata,
İqtidar deyir stol üçün savaş; (... demokrasi)
Qarabağ unutula yavaş-yavaş.
Haçan baş qaldırdın Qarabağ üçün?
Ki bağışlana xəyanətli suçun. (“El gücü sel gücü”)
Araz ifşa etdi yüzlərcə gizi, (sirri)
Ki doğru adresə göndərə sizi.
Keçici olaraq taylara bölünmüş Azərbaycanın bölünməz xalqı ilə
millətinin milli varlıqlarına aid mülkiyyət haqları da bölünməzdir.
______________________________________________
O cümlədən “Qarabağımızı kim qurtaracaq?” adlı sunduğum
əsərin çap haqqı sərbəstdir. 28.05.2012 Baltacı Araz
______________________________________________
08.03.2012-də qadın haqları haqda ateist Mina xanım Əhə-
diyə (Antitürk “İran kommunist işçi partısı”nın üyəsinə) haq-
lı olaraq söz haqqı verən “Günaz Tv” sitəsi, nədən Baltacı
Arazın o cümlədən səkkiz min beytdən fazla yazdığı türkcə
və farsca şerlərini boykot edibdir?! Cavab: Boykot edibdir
ki, (1-) ümmətçiləri də boykot etsinlər ki, (2-) kökü quranda
olan gerici kültürümüzün və siyası islamın kökü qazılmasın.
Sən dedin oyad qurtaraq vətəni / Böyləmi qarşılayacaqdın məni?!
Sən dedin oyad qurtaraq zənəni / Böyləmi qarşılayacaqdın məni?!
Arazizm düşüncə devrimi yapar / Düşüncə devrimi yapmayan sapar.
Arazizmi gömmək istəyən çoxdur / Tez də vardır ki antitezi yoxdur.
Araz qan ağlar
1
Azərbaycanın bugünkü dövləti
Təmsil etməyir yurdsevər milləti
Yoxsa məhv etməz qırx milyon qeyrəti
Silahlandırar qırx milyon qoçağı
Qurtarar Tərbiz ilə Qarabağı
2
Azərbaycanda bu gün höküm sürən
Verdiyi sözün üstünə tüpürən
Qeyrət öldürən xətti məşygötürən
Rusqulu Heydər Əliyevdir bala
Yuxladır ki, qâsib yurdumda qala
3
Erməni Rus “güc”ü ilə bəy durur
Azərbaycanda köçmənistan qurur
Çünkü Türk milli qeyrətini burur
Erməni Türk öldürür, torpaq alır
Fələkin çərxini heyrətə salır
4
Yurdsevərliyin odu sönsün deyə
Bütövçü lider taxtdan ensin deyə
Qovulmuş Rus ordusu dönsün deyə
Erməni əliylə Rusya qan tökür
Rusqulu Heydər Rusa edir şükür
5
Azərbaycan bütövləşməsin deyə,
Otayı Rusya, butayı Fars yeyə,
Probləm yaradırlar, qara geyə.
İntiqamçı Türk gərək kəfən geyə,
İbrət dərsi verə bu Erməniyə.
6 Haqq verilməz, alınar.
Savaş işqalçının burnunu ovar
İşqalçını yurdumdan geri qovar
Savaş qurtarar, barış satar sovar
İşqalçıya satılan barış istər
Atəşkəsi qoruyan yarış istər
7
Olmaz ki, Rus Türkün gözünü oya
Həm öldürə, həm yurduna əl qoya
Həm də işqal etdirə başqa soya
Türkün Torpaqları qurtulmalıdır
Rus rəqibi dəstəkçi bulmalıdır
8
Dövlətdə qurtuluşa yoxdur meyil
Çünkü oluşduranı milli deyil
Düşmənə qarşı savaş başladsa el
Elə məğlubiyyət istər, bunu bil
İnanma düşmənqulu soydaşına
Günəş də dolanmaz yerin başına
Sunduğum bu neçə bənd 2000-ci ildə yazılmış və ilk kəz 12.02.2004
tarixində “Azadtribun” adlı sitəmizdə yayımlanmış “Araz qan ağlar”
başlığı daşıyan və o zamankı 200 bəndi içərən şer dəftərimə âiddilər.
Lənət olsun
satqın əkib-doğana!
(Dâvâmız Qarabağın dâvâsıdır.)
Ay cənab “M. Eynalı”!
Reklam etmə “Zeynal”ı!
(18.03.2012 “Quba olayları ...” məqaləsi)
9
Rusyanın süngüsü Heydər Əliyef
Rus orkestrasında çalırdı dəf
Rus sazına oynadıb sürürdü kef
Lənət olsun satqın əkib-doğana
10 *- Günəbaxan Heydər
Rus imperyası çökmək dövründəydi
Əliyev don dəyişmək zorundaydı*
Bu işi də Rusyanın uğrundaydı <
Lənət olsun satqın əkib-doğana
11
Heydər gəldi qoyun edə, otara
Qovulan Rusyanı geri qaytara
Gəlməmişdi Qarabağı qurtara
Lənət olsun satqın əkib-doğana
12
Heydər gəldi sülh ala, ölkə sata
Qarabağı Ermənistana qata
Rus maşası Erməni kama çata
Lənət olsun satqın əkib-doğana
13
Satqın Fars satılır köləçi qala
Satqın Türk satılır barışcıl ola
Savaşa sülh ilə qələbə “çala” (atəşkəs)
Savaşdan sülh ilə haqqını “ala”
Lənət olsun satqın əkib-doğana
14
Heydər Əliyev on il şahlıq etdi
Qarabağı geri almadan getdi
Mafyasından başqa kim kama yetdi?
Lənət olsun satqın əkib-doğana
15
İşqalın ömründən on dörd il keçdi
İşqal edən savaş qanımı içdi
Qeyrət öldürən sülh nə əkdi, biçdi?
Lənət olsun satqın əkib-doğana
16
Haqq verilməz ki, zor ilə alınar
Top-tüfəng ilə qələbə çalınar
Sülh ilə nəcat geriyə salınar
Lənət olsun satqın əkib-doğana
17
Erməni torpaq alır, biz satırıq
Neft gəliri ilə kama çatırıq
Rifa vədəsi ilə aldadırıq
Silahsız ordu qurdurub, yatırıq
Lənət olsun satqın əkib-doğana.
10.11.2005
Utan Azərbaycanımın
... yazarı!
(Yarınlar toplandı on dörd il oldu,)
(Qarabağın səbir kasası doldu.)
18 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın “lider”i
Qarabağı satıb gedən Heydəri
Taxta çıxarmış özündən mundarı
Ankara öz işini özü görür
Bakı özgəyə buraxıb kef sürür
19 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın kıralı
Rusqulu Heydər Əliyevin alı
Qurtar Erməni əlindən mahalı
Ankara çanakkalada savaşır
Bakı vaxt öldürmək üçün uğraşır
Sözü bir kərə deyərlər:
İnanma rusqulu hakimiyetə,
Savaşı uğradar məğlubiyətə.
20 Haçan utanacaqsınız?
Utan Azərbaycanımındövləti
Niyə paysız qoydun müxalifəti
Qarabağa can yandıran milləti
Qarabağı qurtarmayan dövləti
Nə üçün bəsləməlidir milləti?
21 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın milləti
Niyə qurmusan bu güclü dövləti
Ki atəşkəsə sata məmləkəti
Qarabağ düşmən əlində əsirdir
Çünkü dövlət milli deyil, qısırdır
22 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın məclisi
Qoyma qanun qoya xalqın nəcisi
Qarabağ getsə çəkilməz acısı
Ankara qeyrətli insan eyidir
Bakı qaçqını qeyrətsiz böyüdür
23 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın satqını
İncitmə milyondan artıq qaçqını
Qarabağ üçün qullan ... musiqini
Dərdli xalqın ürəyini sıxma çox
Savaş marşı lazımdır, muğamat yox
24 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın taciri
Hakim qılma Rus uçuran qəciri
Yüz yirmi min Erməni müstəciri
Qaçqın çadırda çürüyür iylənir
“Prezident”i ... konsertdə əylənir
25 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın şimalı
Həm ordun var, həm də xalqın kamalı
Niyə Qarabağım"olub” yad malı?!
Tehran Türkün gücü ilə “bəy” durur
Bakı on dörd ildir ki, qeyrət burur
26 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın petrolu
Ki əmniyyət üçün satdın bu eli
Bağladın Qarabağa gedən yolu
Tehran atom bombasına düşünür
Başına kül tökən Bakı deşinir
27 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın bütcəsi
(Pul ilə təslim etdi xədicəsi) (islam ...)
Səndən nə xeyir görübdür Göyçəsi
Ankaranı gücləndirən ordudur
Bakıdan xeyir görməyən yurdudur
28 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın ordusu
On dörd il xəyanət etdin doğrusu
Qoymadın savaşa xalqın yavrusu
Türk qurtardı farsın sömürgəsini
Silahlansa qurtarar ölkəsini
29 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın əskəri
Qarabağın olub düşmən məskəni
Sən qurtaracaqsan, yoxsa miskəri?
Ankara türkçü edir ki qurtara
Bakı qeyrət öldürür ki, otara
“Baran”a tütək çalarlar, (> muğam musiqisi)
Südləndirib sağarlar.
“Xər”i minərlər, ağzını tikərlər, damarındakı qanını tökərlər.
Miniş verməyəni minməzlər. Qoyun olmayanı çöllərdə (dün
pambıq tarlalarında, bu gün qaçqın çadırlarında) otarmazlar.
30 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın yazarı
Öylə oyad ki, bağlaya bazarı
Coşdura dövlətə qarşı Xəzəri
İşqalçı Tehran tərbizlini vurur
Yerli Bakı qaçqınımızı burur
31 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın aydını
Səsləndir Qarabağın fəryadını
Oyadmasan aydın qoyma adını
Bir milyon Türk, yüz yirmi min Erməni
Dərdə salıb həm vətəni, həm məni.
12.12.2007
Türkə Atatürk təkin lider gərək.
32
Pişəvəri çağdaş yurdsevər idi
Çünki kənd də devrim paltarı geydi
Azərbaycan xalqı ona baş əydi
Pişəvəri istiqlaldan “vazkeçdi”
Çünki silahsızlandıran “dost” seçdi
(Səhvlərimizdən öyrənməliyik.)
33
Əbulfəzl Elçibəy istiqlal aldı
(Liderliyi Heydər Əliyev çaldı)
(Qarabağ işqalçı əlində qaldı)
Laik olsaydı istiqlalçı lider,*
Liderliyi çala bilməzdi Heydər.
*- Yeni dinlədiyim kasetlərinə görə bir növ islamist idi.
(Yəni qafası cinlərin, mozalanların məskəni idi.)
34 *- Diqqət!
1- Qanı ilə istiqlal alan xalqdır (almadımı?)
2- Geriçini taxtdan salan xalqdır (salmadımı?)
3- Ovçusuna təbil çalan xalqdır (çalmadımı?)
Çağdaş ol ki, xalqını ovlamaya*
Heydər Əliyev təkin tovlamaya
35
Yurda bütövlük ilə el lazımdır.
Elə rifah ilə moral lazımdır,
Çağdaşlıq ilə istiqlal lazımdır.
Bunlara inanan gərçək liderdir
Əfsanə sanan rusqulu Heydərdir
36
Yurdsevər olmaq yetərli deyildir
Çağdaş olmasa keçərli deyildir
Dindən asılı çəpərli deyildir
Geriçiyə ürək döyünə bilməz
Çəpərsizə kimsə güvənə bilməz
*- Çəpərsiz gah nala, gah mıxa döyər,
bir gün “laik” olar, bir gün islamist.
37
Elçibəy dinin harayına yetdi
(Elçibəy peyqəmbərləriaratdı)
Ovçu Heydər Əliyev haca getdi
Kim dinsiz etmişdi ki, dinçi etdi?
İlhamın lideri hacı Heydərdir
Atatürk Türkə yaraşan liderdir*
*- Laik, sekular, yurdsevər, türkçu, ...
38
Türkə Atatürk təkin lider gərək
Gərəkirsə yolunda şəhid verək
Ölməsək qalsaq məhsulunu dərək
Atatürkün səhvi montajçı etdi
Qazandığı istiqlal əldən getdi.
(Antifeodalist Çin kama yetdi.) (Hindistan yox.)
*- Hər istiql da istiqlal sayılmaz.
09.01.2008
Gecikmək lazımdır
işqalçı üçün.
39
Gecikmək lazımdır xain dövlətə
Torpaqdan pay verə özgə millətə
Xəyanət edə yetim məmləkətə
Rusyaçı “Türk” torpağını paylayar
“Lider”lik yaylalarında yaylayar
40
Gecikmək lazımdır işqalçı üçün
Ki qurtuluş üzü görməyə ... Laçın
Sonra deyələr ki xeyrindən keçin
Geciktirən istər iş-işdən keçə
Qarabağ da ola Zəngəzur, Göyçə
41
Gecikmək lazımdır cahil qardaşa
Ki savaşsız ömürü çata başa
Hər gün aşıq ola bir “qələm-qaş”a
Geciktirən iqtidar qurar duzaq
Ki qarabağımızı da uduzaq
İqtidar və “müxalifət”dən oluşan rəsmi Bakı, Qarabağı satıb
xərcləməsi üçün, yəni pullu rütbə qazanması üçün, gərəkəndə
“Siz yatın, biz oyağıq” anlamında aldadıcı və yuxladıcı hava-
lar çaldırmaq ilə oyunlar oynamaqla, nə fəqət azərbaycanlı
Türk milləti ilə Türk xalqının milli namusu olan tarixi torpa-
ğını “atəşkəs” hiləsi yardımı ilə milli düşmənlərimiz olan köç-
mən Ermənilərin ixtiyarında qoyublar, bəlkə qazandıqları pul-
lu rütbələrin bahasına, bölünmüş və işqal olunmuş yurdunu
qanlarının bahasına işqaldan qurtaracaq və bütövləşdirəcək
otaylı butaylı xalqımıza qeyrətsizliq ruhu aşılayırlar ki, ailə-
lərini belə qoruya bilməsinlər.
42
Gecikmək lazımdır neft firmasına
Milli qeyrətimizin ölməsinə
Milli namusun əldə qalmasına
Qeyrətsiz yetişdirən iqtidardır
Qeyrət öldürən ən böyük qəddardır
43
Gecikmək lazımdır unutdurmağa
Bir milyon qaçqına qan utdurmağa
Qarabağın yasını tutdurmağa
İlham da deyir qalmaz qiyamətə
Qarabağ “qaytarılacaq” millətə
“Eşşəyim ölmə, arpa bitincə,
arpabitmə, torba tikincə.”
44
Gecikdirən lazımdır işqalçıya
Ki dözüm aşılaya xiyalçıya
Göz tikdirə “Minsk” təkin falçıya
Erməni alıbdır ki, “Minsk” “qaytara”,
Türk də ordu qurdurub ki, otara.*
*- Qardaş, qeyrətsizliyin də “həddi” var.
Nə gərək var çalıb-çapan dövlətə,
Torpağını qaytarmasa millətə? <
21.01.2008
“Günü günə sat!” siyasəti
satar.
(Satqına buraxılan itib-batar.)
45 *- Hər iki tayda
Türk ancaq Türk əli ilə yenilər
Türk ancaq Türk əli ilə minilər
Satqın tanınsa minilməz enilər
Türkün yurdu o zaman qurtulacaq*
Ki gizlədici pərdə yırtılacaq.
46
Tanı şah Heydərə “lider” deyəni
Tanı Rus köləsinə baş əyəni
Tanı satqınları dəstəkləyəni
Torpaq bahasına rüşvət alınmaz
Satqın “lider”lərə təbil çalınmaz
47
Otay şəhid verdi Rusyadan qopa
Öncə quzey bölüm istiqlal tapa
Sonra tayları vahid ölkə yapa
Rusya (ilə İran) pozdu planı
İşqala uğratdı Azərbaycanı
48
Rusya Surət Hüseynovu göndərdi
Tankları Türkün üstünə döndərdi
Heydər Əliyevi taxta mindirdi
Elçibəyin aldığı istiqlalı
Əliyev etdi Rusyanın halalı
“Lider”ə bax, “lider”ə,
Rus köləsi Heydərə,
Boyun əydi “qədər”ə,
Torpaq getdi hədərə.
49 *- Koroğlu operası ...
Heydər Əliyev “Keçəl Həmzə” idi*
Bacarığı siyası qəmzə idi
Hiləsini yedirən imza idi
Heydər nökərov iqtidarı çaldı
Üzeyirdən öyrənməyən mat qaldı
Demə Heydər başqa, Həmzə bəy başqa,
Həmzəlik etdi onu “alnı qaşqa”.
50 *- Türk düşməni Heydər Ə.
Heydər Əliyev kimliyini dandı
Dedi boy dilimiz “azərbaycan”dı*
Səbəbini bilən od tutdu yandı
Türk-dünyasını bölən Rus xeyrinə,
(Tayları yadlaşdıran Rus xeyrinə)
Qoymadı “... oğlu” gələ “... ov” yerinə
*- O zamanTürkiyə türkcəsinin adı nədir?
Guya türkcə yox, “türkiyə”dir. (ha ha ha)
51
Şah Heydərin oğlu iqtidar oldu
“Günü günə sat!” hiləsinə daldı (atəşkəs)
İşqalın ömrü on beş ili buldu
“Günü günə sat!” siyasəti satar
İmzasını işqal etdirən atar
52
Niyə Rus Türk torpağını paylayır?
Hansı Türk Rusyaya uşaq bələyir?
Hansı Türk düşməninə dost söyləyir?
Neftini yeyən, yurdunu satan Rus
Düşmənmi sayılmalıdır? Yoxsa dost?
53
İqtidarın planını Rus qurub
İqtidarın arxasında Rus durub
Hansı “lider”ləri iqtidar burub?
Qarabağdan danışan “lider” çoxdur
Qarabağa düşünən lider yoxdur*
*- Dövlət bütcəsindən partılarına ayrılan pul ilə
stol və məqam davasına düşünürlər.
54
“Günü günə sat!” siyasəti bilir;
İşqalçı əskəri qeyrətə dolur,
Torpaq itirənin qeyrəti ölür.
İqtidar milli qeyrəti öldürür
Həm də Türkün saqqalına güldürür
55 *- Deməyin demədilər.
Qaçqın həm ev itirib, həm də vətən
Vətənsiz evə bənzər ruhsuz bədən
Ruhu ölmüşə geydirərlər kəfən
İqtidar ev tikir ruhsuz bədənə,
Ki geri qayıdmayalar vətənə*
56
Xalqın vergisi ilə neft pulundan
Bir azabad olur yurdun çölündən (reklam üçün)
Qalanı paylanır rüşvət yolundan
Hansı ana fabrikanı qurdurub?
Yoxsa,milli inkişafı durdurub.
57
İqtidarın hədəfi yurd satmaqdır
İşqalçı Farsın dadına çatmaqdır*
(Rus uşağının dadına çatmaqdır)**
Bu səbəbdən işi yeyib yatmaqdır
On beş ildir ki, günü günə satıb
İşqalçı Ermənistan kama çatıb
*- O cümlədən BMT-də
**- Sömürgəçi Rusyanın sömürgə anlamında gəzəgənləri.
58
İqtidarı dəstəkləyən satqındır
Satqın sürüdən ayrılmış xalqındır
Qurbanı... yurdsuz yaşayan qaçqındır
Otayda yurd, butayda Türk satılır
“Əti yeyilir sümüyü atılır”
59 *- Diqqət!
Satqın sənətçi, alimlər utanın!
Oğlu da satılar satqın ... atanın
Kimə xeyri var aldığın xaltanın?
Xalta üçün satqınlara satılma!*
Qarabağı satanlara qatılma!
60 **- 64-cü səhifəyə baxın!
Ağadadaşa de ölsün, ərisin
Yosa xalqı səriyəni sərisin
Haqq yolunda soysalar da dərisin.
Erməni öldürür torpaq qazana
Heydər nə etdi ki, ömrü uzana?!*
Təzəkdən konfet olmaz ki, bəzənə.**
Bəyəndirirlər ki, taxtda qalalar
Qarabağın halvasını çalalar
61
Ay Məşhədi İbadın fəhlələri!
(Ay İlham Nökərovun fəhlələri!)
Yetər artıq, tökməyin zəhlələri!
Satmayın rüşvətə o kəllələri!
Ürək yurdun dərdinə yanmalıdır
Satqın liderdənüzü dönməlidir
62
Bu nə millətdir? Bu nə məmləkətdir?
Bu nə yüz illik milli hərəkətdir?
Bu hərəkətin nəyi bərəkətdir?
Hər kəs deyir ki, məni ələşdirmə!
Xain çıxsam qanıma bələşdirmə!
Rüşvətzadələrimi mələşdirmə!
Qoy ölü təkin kəfəni batırım!
Alim adlanım, rütbəmi artırım!
15.05.2008
Ermənistan
qovmadımı Türkləri?
“THE AZERBAIJANI TURKS
Power and identiy under Russien
Rule AUDREYL- ALTSTADT”
Yuxarıda adı çəkilən kitabın otuz birinci səhi-
fəsində yazılmış ki, Rusya imperyasının 1897-
nci ildəki rəsmi nüfus sayısına görə İrəvanın
Rus soylu nüfusu: 3.313 ( %2.4 ),
Erməni soylu nüfusu: 55.141 ( %40.6 ),
Türk soylu nüfusu: 77.441 ( %57 ) imiş.
63
Ermənistan qovmadımı Türkləri?
Daşıtmadımı belində yükləri?
Alçaltmadımı yerli böyükləri?
Əlli beş faiz İrəvan Türkünü,
Kim kəsibdir İrəvandan kökünü?
Bir milyondan çox Qarabağ Türkünü
Kim kəsibdir Qarabağdan kökünü?
Kim ayırıb Göyçəni, Zəngəzuru?
Ki qazıla Naxcıvanın da goru.
Düşmən ilə düşmən təkin davranın!
Gərəkirsə Babək təkin doğranın!
64
Min doqquz yüz doxsan dörddəki bilik
Demiş qarabağda vardır iki ırk
Yüz yirmi min Erməni, bir milyom Türk
Araz deyər gərəkirsə qovula
Azınlığın burnu gərək ovula
65
Xocalıda soyumu qıran elə
Haqq verilməz Şuşada qala bilə
Hər gün düşmənin oyununa gələ
Erməni yurdumu tərk etməlidir
Yoxsa kökü kəsilib bitməlidir
66
Rusya Ermənistan yolu kəsilir
Ermənistan orta küpə basılır
Uğraşdırıcı barışdan asılır
İrəvan sayılsa Türkün vətəni
Şuşa yaşadar Erməni köçməni
67
Azərbaycanda bugünkü iqtidar
Seçə bilməz özünə başqa mədar
Sər verər, sirr verməz öldürsə də dar
Rusyaya “qarşı” çıxışı oyundur
(Şuşa haqda “can atdığı” oyundur)
1- İfşa etməyən siyası qoyundur
2- Qoyun deyilsə demək ki, xaindir.
24.09.2008
Rusya
düşmənlikdan başqa nə etdi?
Moral pozuçu Rusu yurdundan qov!
Silahlandıran rus rəqibini sev!
68
Bütöv Azərbaycanı Rusya böldü
Hər iki tayı Rusya dərdə saldı
Bu səbəbdən bu qara günə qaldı
Rusya bağımsız Bakını çökdürdü
Pişəvərinin belini bükdürdü
69
Ermənini Rus köçdürdü yurduma
Ki Türkə qarşı çağıra yardıma
Rus qoymadı çarə qılam dərdimə
Rusya düşmənlikdan başqa nə etdi?
Ki İlham sülh üçün Rusyaya getdi!
70
Ermənini Rusya tamahlandırdı
İşqal etmək üçün silahlandırdı
Xocalı Rusyanı günahlandırdı
Nə üçün Rusya soyumu qırdırdı?
Moral pozmaq üçün plan qurdurdu.
71
Rusya torpaq istəyəni hayladı
Türkün torpağını yada payladı
İrəvan, Borçalı, dərbənd ... ağladı
İndi də dağlıq qarabağı verir*
Erməniyə ki, Rusya üçün hürür
*- Yudumun göbəyində yerləşən
dağlıq Qarabağdan söz gedir.
72
Qovun Azərbaycandan Ermənini!
Yaşadmayın xalqımın düşmənini!
Yoxsa yandırar Türkün xərmənini.
Daşnaq Erməni Rusun maşasıdır,
Çünki Rus Erməninin paşasıdır.
73
Bakının silahı yoxdur savaşa
Rusya silah satmayır ki, barışa
Bu səbədəndir ki, edir tamaşa
Bakı Rus mədarından çıxmalıdır
Ev yıxanın evini yıxmalıdır.
30.11.2008
Ay Qarabağa
xəyanet edən Türk!
74
Ay Qarabağa xəyanət edən Türk
Xain Heydərin yolunu gedən Türk
Əbədi şah olmağını güdən Türk
Rusya öncə atanı, sora səni
Şah etdi ki, kama çata Erməni
75
Ay ölmüş xainləri dirildən Türk
Rusyanın planını yürüdən Türk
Qarabağ qaçqınını çürüdən Türk
On altı il prezident oldunuz
Hansı dərdimizə çarə qıldınız?
76
Ay Ermənidən, Farsdan da alçaq Türk
Alçq Farsa qulluq edən qolçaq Türk
Köləlik üçün doğulmuş yaltaq Türk
Türkün Farsdan böyük düşməni yoxdur
Hansı Türkün antitürk dostu çoxdur?
Bugünkü Erdoğan bəyləri haqlı olaraq qına-
yanlar özlərini də qınamalıdırlar ki, on altı
ildən bəri işqalçı Ermənistanın xeyrinə milli
qeyrət öldürürlər.
77
Ay prezident olmaq istəyən Türk
Rusya köləsi qalmaq istəyən Türk
Yurdumu dərdə salmaq istəyən Türk
Hansı Türk qulluq edər faşist Farsa? (BMT-də)
Qarabağı işqal etdirən Rusa?
78
Ay xalqın vergisini paylaşan Türk
(Ay yurdun sərvətini paylaşan Türk)
Paylaşmaq üçün taxtda əyləşən Türk
Milli düşmənlər ilə çaylaşan Türk
Şah lazımdır ki, yurdunu qurtara
Lazım deyil ki, qarnını otara
79
Ay on altı il taxtda oturan Türk
Ölü təkin “kəfəni batıran” Türk
İşqalın ömürünü artıran Türk
Savaş başladmasan geri almağa
Nə haqqın var prezident olmağa?
780
Ay Qarabağı rütbəyə satan Türk
Şah olduqdan sonra yeyib-yatan Türk
Atası təkin günaha batan Türk
Yurdunu qurtaran ATATÜRK olar
Satqına şahlıq yox ki, lənət qalar.
16.04.2009
Qənirə xanım (Paşayeva)
gərçəkləri danır!
(Günaz Tv-dəki)
(23.04.2009 tarixli çıxışına görə.)
Torpağı verin torpağı sevənə,
Yoxsa ürək yandırın bu vətənə.
81
Qənirə xanım deyir türkcə öyrət
Diyasporamıza eleman ürət
Biz tökdüyümüz zibilləri kürət
Siyası işləri bizə buraxın*
Siz ancaq kültürəl işlərə baxın
*- Buraxdıq, nə etdiniz???
82
Qənirə xanım “savunur” Kərkükü
Ki bəlli olmaya hardadır kökü
(Ordadır ki, qaçqın etdirib Türkü)
Deyir işqalçıya qapını açma
Həm də işqal etdirən Rusdan qaçma
83
Qənirə xanım İlhamın quludur
İlhamın yolu Rusyanın yoludur
Kanıtı* sözləri yok ki, roludur
Qənirə xanım gərçəkləri danır
İşqal etdirən Rusyanı dost sanır
84
Qənirə xanım kökü bəlirtməyir
Kökü bəlirdən fikir yürütməyir
Demək ki, milli şüur ürətməyir
Lilləndirilmiş suyu durultmayır
Rusçu dövlətin sazını kökləyir
Suçları xalqın boynuna yükləyir
85
Qənirə xanım suçlu ovuclayır
Ermənidən yana Türkü suçlayır
Türkiyə ilə işi sonuclayır
Sanki Türkiyəsiz yurdum qurtulmaz
Qarın yırtanın qarını yırtılmaz
86
Qənirə xanım təkrardan doymayır
Gizi gizlədən dərini soymayır
Bilikin üstünə bilik qoymayır
Hər kəsin bildiyi sözdən söz edir
Bilmədiyini öyrətmədən gedir
(Az de, öz de, nağıl demə!)
87
Qənirə xanımın ağası Rusdur
(Ağasının başqa köləsi Farsdır)
Erməniyə deyir Türkə qan qusdur
Çünkü Türk vahid azərbaycançıdır
Başqa cür yorumlayan yalançıdır
88 *- Rusyanın siyasəti
Qənirə xanım deyir qaz sat Rusa
Qapını bağlama işqalçı Farsa
(UN-də dəstək ver işqalçı Farsa) (BMT-də)
Düşünmə Qarabağ ilə Salmasa:
Türkiyə yox ki, Azərbaycan sapsın
Türkiyə sapmış olsa hay-küy qopsun*
89 *- Sabahimiz hara gedir?
Qənirə xanım deyir qoy Rus çapsın,
Bakını sömürsün Moskova yapsın,
Qoyma Azərbaycan Rusyadan qopsun.
Erməniyə verilən Rus silahı,
Türkə verilməz ki, görə sabahı.*
90 *- Diqqət!
Qənirə xanım deyir dilənçi ol
“Minsk” qurupu təkin “qurtarıcı” bul
(“Minsk” qurupu təkin otarıcı bul)
Günü günə sat ki, həm saral, həm sol
(Qoy qanın axsın ki, həm sarar, həm sol)
“Minsk” qurupunun sədri riskə dalmaz
İşqal etdirdiyini geri almaz*
91
Qənirə xanım bilir ki, qardaş Türk
Doxsan üçdən iki min doqquza dək
Qoymadı qırpına Erməni köpək
(On altı) ili (yüz altmış) il edən (əbədiləşdirən)
Nə bəkləyir namuslu Türkiyədən?!
25.04.2009
Rusya ayırmaq istər
Qarabağı.
92
Rusya işqal etdirdi məmləkəti
Ki çökdürə bütövçü hökuməti
Hakim qıla bugünkü səltənəti
Bugünkü iqtidar Rus mafyasıdır
Bu gərçəyi anlayan siyasıdır
93
Azərbaycan bütövləşməsin deyə
Qarabağ da işqal olunub “əyə”
Həm də xəyanət olub Elçibəyə
Hədəfə çatdıran yolun tərsidir
Satqın üçün rütbə ilə kürsüdür
94
Kaşki Türkün dostu Rusya olardı
Türk də Rusyanı yaxşı dost bulardı
Silahını da Rusyadan alardı
Bizə Rus rəqibi lazımdır bugün
Ordumuzu silahlandırmaq üçün
95
Öncə silahlandıran dost bulunar
Sonra Rus mafyası taxtdan salınar
Verilməz haqlar qan ilə alınar
Qanından qorxan insan kölə qalar
Bir ömür öz başını dərdə salar
96
Rusya ayırmaq istər Qarabağı
Birləşmiş olsa Türkün solu, sağı
Sona çatsa Rus mafyasının çağı
Türkü silahlandıran Rus rəqibi
Göz önünə almalıdır ... təqibi
97
İstər Türk soylu Rus mafyası çökə
Yaxud qolçaq Fars güneydən əl çəkə
Qarabağ verilməyəcəkdir Türkə
Qarabağ qan ilə alınacaqdır
Çünkü satqın taxtdan salınacaqdır.
29.04.2009
Türkün düşməni
Türkə “yazqı” yazır.
98
Türkün düşməni Türkə yazqı yazır
Türk əli ilə Türkə qəbir qazır
Düşməni tanıdan yoxdur ki, azır
Türk itirib Güneyi, Qarabağı
Geri qaytarılmaz geciksə çağı
99 (UN-dən amac BMT-dir)
UN bəlli edib istiqlalçını
Həm də dörd kəz qınayıb işqalçını
“Minsk” qurupu qaytarmayıb ... Laçını
BMT-yə qarşı bu “Minsk” qurupu
(Yasalara qarşı bu “Minsk” qurupu)
İçirə bilməz zəhərli şurupu
100
Antitürk Rusya istər dərdə sala
Fıransa zəiflədir ki, pay ala
Amerika göz yumur ki,dost bula
Minsk qurupunun sonuncu qərarı
Sübut etdi ki, kimdir kimin yarı
101
Türk düşməni deyər ki, dilənçi ol
Minsk qurupu təkin otarıcı bul
Qoy qanın axsın ki, həm sarar, həm sol
BMT-nin ürəyi Türkə yanır
Hansı Türk Minsk qurupunu dost sanır?
102
Türk ancaq qanlı savaşda qazanar
Yuxuya dalsa yuxusu uzanar
Unudqanlıqdan yasında bəzənər
Türkün bu eybini bilən Antitürk
Deyər çal oynat ki, kefi ola kök (Qeyrətsizləşə)
103
Türkün ruhu yox ki, cismi canlıdır*
Qatili satqın azərbaycanlıdır
İfşa etməyənin əli qanlıdır
İfşa et ki, Türkün zehni durulsun
Bizi öldürsələr də Türk dirilsin
*- Türk müsəlman olduğu gündən ölüb
Çünkü bəndə edənə bəndə olub
(~ Ərəbə, Farsa, Rusa manqurt olub)
104
Çörəyi təndirdə yapmaq gərəkir
Antitürk qonşudan qopmaq gərəkir
Düşmənə qarşı dost tapmaq gərəkir
Silah qayırmadan öncə silah al
Atatürkün daldığı savaşa dal.
Erməniyə verilən Rus silahı,
Türkə verilməz ki, görə sabahı.
01.05.2009
İqtidar “müxalifət”i
... otarır.
(Heç bir iş görməmək üçün biz varıq,)
(Keçmişin yetişdirdiyi “davar”ıq.)
105 (Koroğlu operasındakı Həmzə)
Necəki Rusyaya külfət lazımdır,
Qulluq edən tülkü sifət lazımdır.
(Həmzə təkin tülkü sifət lazımdır.)
Bizim üçün müxalifət lazımdır;
Otaydakı bügünkü “müxalifət”,
Nə kəmmiyyət qazanıb, nə keyfiyyət.
106 * Nə Qarabağ, nə bütöv Ayərbaycan.
Türk soylu iqtidar Rus mafyasıdır
Onu iqtidar edən Rusyasıdır
Suçlarını daşıyan dosyasıdır
“Müxalifət”i “müxalif” edən şey
Nə Qarabağdır, nə də ki, ... Elçibəy* <
(Əlbəttə ki, Atdıqlar müsbət və dəyərli addımları üçün)
(o cümlədən Əli bəy Kərimlilərimizə çox minnətdarıq.)
107
Bir milyon qaçqın müxalif deyilmi?
Yurdsevər xalqın müxalif deyilmi?
Verilməz haqqın müxalif deyilmi?
“Müxalifət” qullanmayır haqqını
Çünkü örgütləməyir Türk xalqını
108
Rus mafyası gücünü Rusdan alır
“Müxalifət”içiboş təbil çalır
Başsız qalmış müxalif ... başsız qalır
Müxalifət müxalifdən güc alar
Yoxsa yurdu düşmən əlində qalar
109
Bir milyon qaçqının igidi yoxmu?
Yurdsevər xalqımın vücudu yoxmu?
Sazlı-sözlü Dədəqurqudu yoxmu?
İqtidarı çökdürən gücümüz var
Olmasa idi “müxalifət” “davar”
110 *- “Arif işarədən qanar.”
İqtidar “müxalifət”i otarır
Küçələrdən evlərinə qaytarır
Razı salır ki, yaxanıqurtarır
Müxalifət də ... yeniləşməlidir* <<<
Söz ilə əməl eyniləşməlidir
Sağ “müxalifət”in dərdi rütbədir, (sol ~ radikal)
Kanıtı yirmi illik təcrübədir. (milli məsələdə)
111
“Müxalifət” on altı il sınandı
“Müxalifət”i qınayan qınandı
Sadəlövh siyasətçimiz inandı
Heç bir qatil öz romanını yazmaz
Ağlını qullanan aldanıb azmaz.
11.05.2009
Elçibəyin taxtından
en aşağı!
112
Rədd ol ay şarlatan oğlu şarlatan
On altı il barmağına fırladan
Xalqımın milli gücünü korladan
Elçibəyin taxtından en aşağı
Ay atası təkin Rusya uşağı
113
Siz varsız vergidən bəslənmək üçün*
Çaldırıb, oynadıb, əylənmək üçün
Gölmək suyu təkin iylənmək üçün
Qarabağ üçün ATATÜRK lazımdır
Rusya üçün siz təkin börk lazımdır
*- Yoxsa bambaşqa bir iş bulardınız.
114
On səkkiz il işqal olunmuş torpaq
Sormazmı hardaydın alçaqdan alçaq?
Nə bilsin ki, Rusya edib oyuncaq
Rusya hansı uşağının xeyrinə?
Birindən torpaq alır o birinə
115 *- İçiboş vədə
Dünya deməzmi itirən arayar?
Yurdunu qoruyan işə yarayar?
Gərəkirsə düşmənini tarayar?
Rus uşağının dünyası Rusyadır
Alçaqdan alçağın payı nisyədir*
116
Mən öyünürəm ki, Atatürküm var
Utanıram ki, lidersiz Bakım var
Yaxud Fars əsarətində Makım var
Necə çörəyini yeyib-yatırsız?
Qarabağı atəşkəsə satırsız?
117
Sənin olsaydı liderlik dəyərin
Kabab olsaydı yurduna ciyərin
Səni dəstəkləyərdi yurdsevərin
Yediyin yeyib, içdiyin içmisən
Çix-get Rusyaya ki, özün seçmisən
118
Azərbaycana ... Ecevit lazımdır
Həm vergi, həm qaz, həm nöyüt lazımdır
Kıbrısı qutaran igit lazımdır
Həm qaz, həm neft, həm vergi, həm igit var
İlhamı ancaq ki, Ecevit qovar
Silah üçün Rus rəqibinə yalvar.
17.05.2009
Mən ölümümdən qorxmayan Arazam
Doğulmuşam ki, gərçəkləri yazam
... Qarabağın probləmini çözəm
Tənqidçisini sevməz xain İlham
Həm də xalqı qorxudan Səməd Niknam*
*- Loristanlı Ayətullah Kərrubiyə səs verin deyən və “Məşhədi-
nin xətirinə!” adlı yazının yazarından söz gedir ki, Arazın Qara-
bağ haqqında yazdığı yazıları yayanları ölümdən qorxudurdu.
Bakı
“Ver yesin, ört yatsın.”
ürətir.
119
On səkkiz ildir ki, səbir uzanır
İqtidar ilə işqalçı qazanır
“Ziyalı” kəsim yasımda bəzənir
Rus mafyası tükətdi səbrimizi
İndi qullanmalıyıq cəbrimizi
Yoxsa qazmış olarıq qəbrimizi
120
Dövlət “Ver yesin, ört yatsın.” ürətir
Arsız-namussuz yaşamaq öyrədir <<<
Qarabağın ürəyini göynədir
Görəsən hara gedir sabahımız?
Necə yuyulacaq bu günahımız?
121 Mən də utanıram ...
Ay yurdsevər xalqım ilə millətim
Olsaydı mənim də milli dövlətim
Əsarətdə qalmazdı məmləkətim
Dövlət öncə torpağını qurtarar <<<
Sonra əyləndirər, yaxud “otarar”
122
Rus mafyası savaş ruhu yaratmır
Çanakkala savaşını aratmır
Əyləncənin meydanını daratmır
Bakını uyudan Rus mafyasıdır
Heydər Əliyevin əşqiyasıdır
123
Bəxtiyarın dili bizə uzandı (B. Vahabzadə)
Çirkinlər onun sözündə bəzəndi
Çünki oğluna səfirlik qazandı
Demək xalq şairi də yaltaq çıxdı
Azərbaycan yaltaq şairdən bıxdı
124
Tarçı Ramiz ... Əliyevləri öydü (R. Quluyev)
(Çünki rütbə yeyən oğlu da doydu)
Qarabağın ürəyinə dağ qoydu
Demək xalq artisti də yaltaq çıxdı
Azərbaycan yaltaq artistdən bıxdı
125
Qoyun olmayan yerdə öyərmişlər
Keçiyə “Əbdolkərim” deyərmişlər
Dadlandırdıqdan sora yeyərmişlər
Televiziyon kanallarımızda
Öyünənlərdən bıxıb elimiz də
126 *- Azərbaycandan, Sətarxandan, ... qazanan baqqallar
Həm yazar, həm şair, həm də sanatçı*
Olublar rütbəçi, yaxud manatçı
Rütbə, yaxud pul edibdir inadçı
Rus mafyasını ifşa edən yoxdur,
Həm də bəyəndirən sevdirən çoxdur
İnanma hər “Azərbaycan” deyənə!
Ovlayan arac-ına “can” deyənə! (~vəsait, yem)
127
Namussuzdur bu ikisindən biri
Ya dövlətin “arvad”ı, yaxud “ər”i
Ki geri qaytarmayıbdırlar yeri
Namussuz deyilsə namuslu xalqım
Namussuz dövlətə yedirər zəqqum
128
Sözünü dinlə, əməlindən tanı!
Bax gör kim qoruyur Azərbaycanı?
Qurtarır işqal olunmuş Şuşanı?
Qarabağ “Minsk” qurupunun deyil ki,
“Minsk” qurupundan satın ala Bakı.
129
Öncə torpaq problemi çözülər
Sonra başqa iş peşində gəzilər
Torpaq uğrunda hər şeyə dözülər
Torpaq başqa işlərə fəda olmaz
Fəda edən milli dövlət sayılmaz
130 *- Atatürk
“Heç bir ana bir qarış torpaq doğmaz”*
Heç bir od yağan yerdə yağış yağmaz
Milli dövlət milli səsini boğmaz
Nəyin yoxdur milli dövlətdən başqa
Milli dövlət qurmaq üçün gəl aşqa.
13.06.2009
Ordumuzu göndərin pambıq əkə.
(Dünyanın ən rəzil ordusu hansı ordudur?)
(Sanki bilən yoxdur!)
(Sanki göz önündə deyil!)
(Utanmaq da yaxşı şeydir.)
(Satqın deməz ki, satqınam.)
131
Əskərim! Sən də vergidən yeyirsən
“Yurdumu qurtaracağam” deyirsən
Həm də özünü boşuna öyürsən
Ya əskərlik məsləyini seçməzdin
Ya da iş görmədən yeyib-içməzdin.
132
Qeyrətsiz əskər xalqa nə öyrədər?
Qeyrətsizlik ölkədə nə törədər?
Qeyrətsizlik varlığımı çürüdər.
Əskərlik qeyrəti olmayan yurddaş
Başka iş bulmalıdır ki, edə baş
133
Çünkü əskər haqda götür-qoy olur
Mənim övladım da sizə tay olur
Verdiyim qeyrət dərslərim zay olur
Hansı işqal olmuş yurdun ordusu,
Canlandırmaz ki, dirilə “mürdə”si?
134 *- Ağlayanı yoxdur.
On səkkiz ildir ki, Qrabağ “ölüb”*
Çünkü qoruqçusu qeyrətsiz olub
Çaldırıb, oynadıb, əylənib, gülüb
Ölən maddəsi deyil ki, ruhudur (qeyrətidir)
Öldürən Rus mafyasının şahıdır
135
Nə ziyalı istəyir düyün aça
Nə ordu istəyir canından keçə
Nə savaş uçağımız var ki, uça
Qarabağın halına yanan yoxdur
Qarabağdan danışan baqqal çoxdur*
136
Silahın yoxsa silahlandıran bul!
Dostuna dost, düşməninə düşmən ol!
Sən də öz dərdinə özün çarə qıl!
Ordusundan xeyir görməyən ölkə,
Deyər ordunu göndər pambıq əkə.
137
Türk ordusu Türk öldürmək üçündür,
Etirazlara saldırmaq üçündür, (Milli üsyanda)
Müxalifəti yıldırmaq üçündür,
Saqqalımıza güldürmək üçündür,
Türk ordusuna haram olsun çörək,
Yurduna yanmasa ondakı ürək.
138
Türk ordusunun ağası Rusyadır, (Unutma!)
Sanmakı Qafqazla orta Asiyadır,
Satqın Türkün payı Rusdan nisyədir;
Türk ordusu vədə ilə uyudur,
Batan Qarabağ ilə Türk soyudur.
09.10.2009
İç düşmən dış düşmənə qulluq edər.
Dış düşmən budaqdı, iç düşmən kökü,
Türkdən başqa kimsə yenmədi Türkü.
139
Aydın kəsim toplumun motorudur
Xalqını xəstə edən qoturudur
Qotur yazarı, qotur aktorudur
Aydının da qoturu ölçüb-biçər
Həm də bulağın gözündən su içər
140
Parailə rütbə paylayan Bakı
Qotur aydınlara daşıdır yükü
Ki xəstə edələr Türkoğlu Türkü
Rütbə üçün savaşan aydın çoxdur
İç düşmənə qarşı savaşan yoxdur
141
İç düşmən dış düşmənə qulluq edir
Dış düşmənin getdiyi yolu gedir
Bugünkü iç düşmən Rus mafyasıdır
Rus mafyası xalqımı ağlar quyub
Erməni işqal edib, Rusya soyub
142 *- Deməyin demədilər
Olmaz ki, işqal etdirə yudumu
Qoymaya silahlandıram ordumu
“Minsk” də dərman etməyə dərdimi
Rus mafyası qovulmasa yurdumdan
Heç nə bəkləməməliyik ordumdan*
143
Türkiyə on altı il yardım etdi
Ümidi üzüldü, səbiri bitdi
On altı ildən sonra “çıxdi-getdi”
Hansı yaş qurunun oduna yanar,
İşqal etdirən düşməni dost sanar?
144 *- Boykota son!
Xalqım əyri ölçüb-biçməsə idi
Namussuz deputat seçməsə idi
Rus mafyası başa geçməsə idi
İşqal olmuş Qrabağ qurtulmuşdu
Qarın yırtanın qarnı yırtılmışdı.
11.10.2009
İlhamı deviren qurtarar yurdu.
İkisindən birini seçməliyik:
Ya Qarabağ, ya Türk soylu Rus mafyası.
145
El-oba qurban verilməz düşmana
Yası unutduran tara kamana
Səbir aşılayan dinsəl imana
Hərəkətin məhsulu bərəkətdir
İtirilən tar deyil, məmləkətdir <<<
Xainlər bir birlərini sevərlər,
İş başında qalmaq üçün övərlər. (İs. şivəsi)
İnanmasanız, yasımızda toy tutan Əlibaba “müəllim”
Məmmədovlardan sorunuz!
(Muğamatçı aradan cəhli bulduq,)
(O qədər anqırdıq ki, “eşşək” olduq.)
146
El-oba qurban verilməz boş sözə
Boş söz istər ki, qurtarıcı dözə
Dözümün ömürü yüksələ yüzə
Yüz ildən sonra deyələr qoy çıx get!
Sınanmış sınanmazı təcrübə et!
147
El-oba qurban verilməz liderə
Rus mafyasının başçısı Heydərə
Ki uğradıbdır bugünkü qədərə
Elçibəyi devirə bilən ordu <<<
İlhamı devirsə qurtarar yurdu
148
El-oba qurban verilməz rifaha
Rifah üçün batmaq olmaz günaha
Qarabağsız nə gərək vardır şaha
Pul-para şah təkin gəldi gedərdir
El-oba dəyişməz milli qədərdir
149 *- On altı illik “atəşkəs”ə
El-oba qurban verilməz “barış”a*
Geri qaytarmayan istər barışa
Geri qaytaran gərəkdir savaşa
El-oba hər millət üçün namusdur
Namusunu qorumayan dəyyusdur
150
El-oba qurban verilməz özgəyə
O özgəyə ki, hakimdir bölgəyə
Yurdumu bölübdür tikə-tikəyə*
Yurdumun göbəyindəki Xankəndi
Yurdumdan ayrıla bilməz əfəndi
*- Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, İrəvan, ...
151
Rusyaya Türk soylu külfət lazımdır
Həmzə təkin tülkü sifət lazımdır
Bizim üçün müxalifət lazımdır
Otaydakı bugünkü “müxalifət”
Nə kəmmiyyət qazanıb, nə keyfiyyət.
12.10.2009
Bəxtiyar
gəl gör nə edir “şah”ımız?
152
Bəxtiyar gəl gör nə edir “şah”imiz?
Görəsən “hara gedir sabahımız?”
Necə yuyulacaqdır günahımız?
Qarabağı işqal etdirən Rusya,
Qoymaz ki, qurtara qurduğu mafya
153
Rusya Azərbaycanda höküm sürür
Qurduğu mafyasına plan qurur
Türk soylu mafyası xalqımı burur
Türk soylu Rus mafyası rütbə alır
Çünkü qeyrət qırımı yola salır*
154 Yaltaq Bəxtiyarların məhsulu bu olar.
Türk soylu Rus mafyası deyir ki, sus
Susa bilmək üçün qeyrətini as
Yoxsa məndən yox ki, qeyrətindən küs
Bir milyondan artıq qaçqın çürüyür
Çünkü qeyrətsizlik yurdu bürüyür*
155
On altı il şahlıq edən sülalə
Qaçqına çəkdirir ah ilə nalə
Özü mey içir piyalə-piyalə
Vergilər ilə çaldırır oynadır
Garabağın ürəyini göynədir
156
Bir gün Dərbənd gedir, bir gün Borçalı
Bir gün göyçə, bir gün Zəngəzur çölü
Bir gün Qarabağ adlanan mahalı
Belə getsə yazıq Xoya, Makıya
Ki lənət oxuyacaqlar Bakıya
157
Qarabağı savaş qurtaracaqdır
Silah ilə geri qaytaracaqdır
Vergi verən davar otaracaqdır
Silahdan başqa hər şeyimiz vardır
Düşmənimin düşməni mənə yardır
Yurdumun düşməni çaroğlu çardır.
İlgili bilimlər ilə bilimsəl fəlsəfədən anlama-
dıqları üçün şeirlərimi şüar sanan inkarçı və
boykotçu bəy əfəndilər!
Arazın şerinin yükü gərçəkdir,
Bilimsəl olduğu üçün göyçəkdir.
Sömürüçü ruhun kökünü qazmaq üçün
deməliyəm ki:
Arazdan öyrəndiklərinizin dışında sunmağa
nəyiniz var? Nə sundunuz?
Arazdan öncəmi? Sonramı?
14.10.2009
Gömülmüş haqları silah dirildər.
Böylə getsə nə olacaq halımız?
Düşmən istər ki, burula elimiz.
158
Hansı sülh verilməz haqları alıb?
Hansı mitinq zalımı taxtdan salıb?
Fəthedən ... silahlı savaşa dalıb.
Yetər artıq, xalqımı sapdırmayın!
Ələ düşmüş fürsəti qapdırmayın!
159 *- Diqqət!
Hər çalınan saza qardaş oynama!
Hər əridici qazanda qaynama!
Hər baqqalın saqqızını çeynəmə!
Çünki yanlış fikir ürətənlər var*
Həm də milli gücü çürüdənlər var
Bir milyon qaçqını unudanlar var
Araz sən buldun dərdin çarasını
Ağlatdın iç düşmənin anasını
(Ağlatdın federalistin anasını)
160
Türk xalqının ulusal bilinci var
Doğru ölçüp-biçməyə qarıncı var
Qoç Koroğlusu ilə qılıncı var
Türkü Türk edən milli bilincidir
Yenilgiyə uğradan qılıncıdır
161
Türkün silahlanmağa pulu yoxdur
Silahlanmaqdan başqa yolu yoxdur
Hərəkətin silahlı qolu yoxdur
Türk xalqından qazanan Türk milləti
Silahlandırmalıdır hərəkəti
162 *- Diqqət!
Silahsız savaşdan düşmən qazanar
Çünki savaşın ömürü uzanar
Uzanan savaş barışa özənər
Savaş verilməz haqları aldırar
Sülh haqların halvasını çaldırar*
163
Türk milləti xain dövlət qurdurub
Dövlətin əliylə xalqı burdurub
Çünki silahlı savaşı durdurub
Türk milləti düşünməyir suçuna
Əsarətdə qalmış ... Xoya, ... Laçına
164 *- Diqqət!
Hər kəs işqalçıya qarşı kinlənər
İşqalçılıq silah ilə önlənər
Topun ağzından çıkan söz dinlənər*
Haqq ilə haqlını bilik bəlirdər
Gömülmüş haqları silah dirildər.
06.01.2010
Bakı
Qarabağıma qəbir qazır.
165
On altı il dedizniz susun, susduq
Qarabağ qan ağladı, biz qan qusduq
Sınamaq üçün səsimizi qısdıq
Yetər artıq, səsini qaldır göyə
Tanıtdır düşməni hər iki taya
166
Bakını milli kölə edən yaddır
Milli köləliyi gizlədən addır*
İçiboş adı sevdirən bədzatdır
Moskovanın ağzına baxan Bakı
İşqalçıya qarşı qullanmaz tankı
(Qaçqın Türkə qarşı qullanar tankı)**
*- “Ad mənim, yar (yəni istiqlal) özgənin.”
**- İnanmasan, o cümlədən Surət Hüseinovdan sor!
167
Xalq çalışır ki, övladı keçinə
Vergi ödəyə ... silahlı gücünə
Ki çarə qıla ... Xoy ilə ... Laçına
Erməni vergidən bütcə sağlayır
Vergisi, nefti olan Türk dığlayır
Laçının dərdi ürəyi dağlayır*
*- Çünki xoylu dövlətini, laçınlı vətənini itiribdir.
168
Bakı dövləti ancaq vergi alır
Yabancı firmalar üçün ... yol salır
Rüşvət gücüylə susdurmağa dalır
Türkün aydınını rüşvət susdurur
Bir milyon qaçqın Türkə qan qusdurur
169
Necəki toy-düyün xalqı oynadar
Savaş da xalqın qanını qaynadar
Göynədici ürəkləri göynədər
Bir milyon qaçqın Türkün yurdu batır
Çünki ordumuz yeyir, içir, yatır
170
Bakının silah almağa pulu var
Türkoğlu Türkün döyüşkən eli var
Savaş başlatmağa haqlı yolu var
Bakı Qarabağıma qəbir qazır
Çünki Rusya Bakıya yazqı yazır.
08.01.2010
Daşnak Erməni Hitleri diriltdi.
171
Qatil Erməni Hitleri diriltdi
26 Fevralı da kövrətdi
Xocalıda soy qırımı törətdi*
Yetimə vay-vay deyən Türk çox oldu
Qanda boğulduğu zaman yox oldu
*- Ağlamağı burax! Nə etməliyik?
172
İnanma seçdiyin liderlərinə
Dünkü və bugünkü Heydərlərinə
Boş sözləri ilə “kədər”lərinə (oyunlarına)
Türkü bu günə qoyanları danma
Türkün ağsaqqlarına inanma*
*- Ağıl yaşda olmaz, başda olar. Satılmayan başda.
173
“Qızıl” ordunu qovan o qeyrəti
Xocalıda yaranan o nifrəti
İşqal altında qalan məmləkəti
Öldürən, ağladan liderlərindir*
Dünkü və bugünkü Heydərlərindir.
- Əlli milyonluq dünya azərbaycanlısından, dünya Türkləri
birliyindən, Qarabağ üçün müharibədən gedən danışıqlar
və verilən içiboş vədələr Aldadıcı oyunlardırlar.
- Daşnaq Erməni Türkün cisimini öldürür. Rusqulu Türk
Türkün milli kimliyini, milli varlığını, varlığını qoruyan
milli mənliyini (milli qeyrətini), moralını (qızğınlığını)
öldürür. İnanmasan 1994-ün rəqəminə görə bir milyon-
dan artıq qaçqınımızdan, ağlar Qarabağımızdan sorunuz!
174 *- Satqın deməz ki, satqınam.
Türk soylu rusmafyası Rusu seçib
Bu səbəbdən ... Qarabağdan vazkeçib
Geri qaytarmamasına and içib*
Rusmafyasının türk soylu budağı
Türk deyil ki, qurtara ... Qarabağı
175
On altı il günü günə satdınız
Qarabağ batdıqca, siz də batdınız
Arsızlığın zirvəsinə çatdınız (utanın!)
Dünyanın yoxdur ordulu milləti
Ki on səkkiz il bata məmləkəti
(Haçan utanacaqsınız?)
176
Türkün ağsaqqalı rütbə acıdır
Rütbələndirən başının tacıdır
Unutduğu qaçqın ana-bacıdır
Dinc yola soxan “lider” qan qusdurur
Rütbə də ağsaqqalları susdurur*
177 (populizmə son!)
Hər savaşda top vurar yerə sərər
Topun cavabını ancak top verər
İki tərəfli atəş sona irər*
Verilməz haqq silah ilə alınar
Dilənçi əli boş yola salınar
Yəni qeyrətin halvası çalınar*
178
Dünya bankasının sunduğu əldə:
Min doqquz yüz doxsan dördüncü ildə,
Yazdı dağlık Qarabağ adlı “çöl”də
Yüzsəksən min şəhərlidir, köylüdür,
Üçdə ikisi Erməni soyludur.
179
Bir milon Türk qaçıbdır ölkəsindən
Həm dağlık, həm də aran bölgəsindən
Yurdunun işqal olmuş tikəsindən
Yüz yirmi min Erməni “başdan sovub”
Bir milyon Türkü Türk yurdundan qovub
180
Sənin on doqquz illik dövlətin var
Vergi verən xalqın var, millətin var
Sovet dövründəkindən çox neftin var
“Qızıl” ordunu qovan qeyrətin var
İntiqamını alan nifrətin var (Nəyin yoxdur?)
Sən də Qarabağından vazkeçmisən
Çünki satqınları lider seçmisən
Rus köləsi qalmağa and içmisən.
*- “Bütöv Azərbaycan” donuna girmiş bugünkü
rusqulu “ağsaqqal”lardan, yəni rusqulu yazar-
lardan, şairlərdən, sənətçilərdən ... söz gedir.
23.02.2010
Namusu əllərdə qalan
əylənməz.
Şamın pərvanəsi, gülün bülbülü,
Sevginin sülhü edər yadın qulu.
181 (Cəlil münacat vaxtıdır.)
Deyir yerdən yox ki, göydən danışın!
Ağlı zəhərləyən “mey”dən danışın!
Cəhlin yaratdığı şeydən danışın!*
Ki cib kəsən Kükəmər seyidləri
Dərəyə buraxalar meyitləri
*- Cəlil Məmmədquluzadənin bugünkü
“ziyalı” düşmənlərindən söz gedir.
182
Deyir gül ilə bülbüldən danışın!
Xalqıma karsız sünbüldən danışın!
Yaltağın eşqi ödüldən danışın!
Budur satqın şairimizin dərdi,
Ki toplumdan ayıra bilə fərdi.
*- Deyirlər “Siyasətə qatılma ki,
Məryəm təkin “bakirə” qal!”
183
Deyir mumla kəpənəkdən danışın!
Nazlı-qəmzəli mələkdən danışın!
Kişisəl arzı-diləkdən danışın!
Ki xalq düşünməyə milli dərdinə;
İşqalçı əlində qalmış yurduna.
184
Deyir sülh ilə sevgidən danışın!
Milli nifrəti gömməyə çalışın!*
(Sinfi nifrəti gömməyə çalışın!)
İşqalçının zülümünə alışın!
(Zalım sinfin zülümünə alışın!)
Namusu əllərdə qalan əylənməz,
Əyləndirənə “namuslu” söylənməz.
(Haçan utanacaqsınız?)
*- Cürətin qaynağı nifrətdi, kindi,
(Bizim bombamız nifrət ilə kindi,)
Bilikli kinin gücü birə mindi. (Arazizm)
Devrimci teorusuz devrim olmaz,
Biliksiz duyğu doğru yolu bulmaz.
185
Deyir öyrətməmək üçün danışın!
Yüzeysəl olaraq işə qarışın!
Səbəbini gizlətməyə çalışın! <<<
İfşa etməyin rusqulu dövləti,
Ki istər öldürə milli qeyrəti,
Pay-bölüş olmuş ola məmləkəti.
13.06.2010
Rus mafyası
Qarabağı qurtarmaz.
186
Yurduna girən evinə də girər (...)
Namussuzluq namusu əldən verər
Hər kəs əkdiyi məhsulunu dərər
Bunlar olayların sonuclarıdır
Qeyrət öldürənlərin suçlarıdır
“Mənə nə?”deyənlərin suçlarıdır
“Millət necə tarac olur-olsun, nə işim var?!”
Atamız mirzə Ələkbər Sabir
187
Satqına dəyyus deməyək, nə deyək?!
Acanda yemək yeməyək, nə yeyək?!
Soyuqda paltar geyməyək, nə geyək?!
Ədəbsiz mən deyiləm ki, satqındır,
Dəyyusu tanıtmaq sənin haqqındır.
188
Bugünkü dövlətimiz milli deyil
Mənə bəllidir, sənə bəlli “deyil”
Çünki dərdin dərdimin həlli deyil
Hər kəs qəsb olmuş yurdunu qurtarır
Rusqulu Türk öz qarnını otarır
“Ancaq mənim avazeye şanım ocalansın”
Mirzə Ələkbər Sabir
189
Satqın istər qəsbin ömrü uzana
İşqal etdirəndən dəstək qazana
Qulluq edə yazqısını yazana*
Bugünkü dövlətimiz Rus quludur
Getdiyi yol ağasının yoludur
*- Satıram ki, şah olam,
Satqınlıq payı alam.
190
Rus paylayıb Azərbaycanı yada
Acımayıb Türkə aid bir zada
Bu gün də Qrabağı verir bada
Dünya, Türkü dəyyus dəyərləndirir*
Namuslu xalqımı ... qəhərləndirir
*- Haçan utanacaqsınız?
191
Rus mafyası Qrabağı qurtarmaz
Qoyun olmayanı kimsə otarmaz
Dərdlərinin üstünə dərd artırmaz
Namuslu vətən uğrunda baş qoyar
Şərəfsiz milli səngəri boş qoyar.*
*- “Müxalifət”dən söz gedir
16.06.2010
Rütbəyə satılır Türkün vətəni!
Dəyyusa heç bir şey öyrətmək olmaz,
Yazdım ki, tariximizdə səbt ola.
192
Yazıq işqal olmuş Qarabağıma!
Həm də o boyda Savalan dağıma!
Başqa nə deyə bilərəm çağıma?
Utanıram bugünkü durumumdan
Həm Qarabağımdan, həm Urumumdan
193
Söylə dünya bankının qələminə
Doxsan dörddə verdiyi rəqəminə (1994)
Bir milyon satılır yüz yirmi minə
Çünki dövlətimiz milli deyildi
Bir milyon qaçqının haqqı yeyildi
194
Ağılımız, neftimiz, ordumuz var
İşqal altında qalmış yurdumuz var
Sağalması gərəkən dərdimiz var
Çünki dövlətimiz qeyrət öldürür
Dünyanı saqqalımıza güldürür*
*- Haçan utanacaqsınız?
195
Harda ki, Rusyanın barmağı vardır
Orada ən az tapılan şey ardır
Xalqın çoxunluğu sanki davardır
Rusya rəsmi Bakını edib quldur
Deyib həm ağıl, həm də qeyrət öldür
196 *- Yunus Əmrə təkin
Könüllü kölənin qeyrəti olmaz
İşqal etdirənə nifrəti olmaz*
Nifrətsiz ağılın cürəti olmaz (Qorxaqlığın səbəbi)
Satqın satılıb ki, yurdunu sata <<<
Yüz yirmi min Erməni kama çata
Bir milyon qaçqın Türkün yurdu bata
(Türk millətinin Qarabağı bata)
197
Həm iqtidar, həm də ki, müxalifət
Rütbə üçün yarışırlar ay millət!
Ki işqal altında qala məmləkət
On yeddi il, yüz yetmiş il də olsa
Heç bir şey öyrətmək olmaz dəyyusa
Dəyyusa rütbə verərlər ki, susa.
198
Müxalifət də rütbə peşindədir
Qarabağ rütbəsinin dışındadır
Qaşığına çıxan şey aşındadır
Aşına qeyrətsizliq salınıbdır
Cəsarəti əlindən alınıbdır
199 *- Boykot etsən yetər.
Müxalifəti də rütbə susdurub
Susduğu üçün kütləni küsdürüb
Bir milyon qaçqın Türkə qan qusdurub
Rütbəyə satılır Türkün vətəni
Qınama satqını ifşa edəni*
200
Müxalifətin gücü xalqımdadır
Xalqımın bəlirtdiyi haqqımdadır
Öldürəni öldürən çaqqımdadır
Müxalifət gücünü başsız qoyub
Çünki rütbə üçün yolundan cayıb
201
Bakının ünivesitə ustadı
Həm dövlətdən alır əmək ücrəti
Həm də öyrəncidən alır rüşvəti
Bax bu namussuzluğun lap özüdür
Səbəbi rüşvət verənin ... qızıdır
202
Boykotçu Türk ifşa etməz Bakını
İstər uyuda Qarabağ Türkünü
Daşıda Rus mafyasının yükünü
Boykotçu Türk yaymaz ağlın şeirini
İşqal edər haqlı sözün yerini
Həm faşist Fars, həm də faşist Erməni,
Sevərlər Arazı boykot edəni. Deyilmi Cənablar?
203
... Xoyun da boykotçularını tanı*
Bilikləndirməzlər Azərbaycanı
Ki gərçəkləşməyə xalqın planı <
(Komprador üçün tökülə qanı)
(Milli burjuvazının çıxa canı)
Boykotçunun dərdi rütbə dərdidir <
Sanmayın ki, xalqı ilə yurdudur
*- İş işdən keçdikdən sonra nə fayda?
204 *- Deməkdən dilimdə tük bitdi.
Sonuc bəllidir, səbəb bəlli “deyil”
Səbəbləri gizlədən milli deyil
Çünkü istəyi dərdin həlli deyil
Səbəbi bulunmayan dərd çözülməz <
Boykotçunun zülümünə dözülməz*
205 *- Belə də iş olar?
Kim kimə deyib ki, Arazı sayma?
Yazdığı minlər bryt şeirini yayma?*
Boykotçu edənin yolundan cayma?
Tənqid edə bilməyən boykot edər
Burjuva-məllakın yolunu gedər
206
Türkün qurtuluş gücü bilikdədir
Bilikin doğurduğu birlikdədir
Birlik üçün döyünən ürəkdədir
Birliyin düşməni tacir sinfidir
O sinfin qazancı ilə kefidir
207 **- “Uyqarlaş!” adlı əsərimə baxın!
Boykotçu Türk palanlayar ki, minə
Çünkü miniş verən yer verməz kinə*
Həm də toxunmaz manqurt edən dinə**
Boykotçu Türk qoymaz fikir gəlişə
Çünkü istəməz fikirlər çəlişə
*- “Düşmanımız kindir bizim”,
“Biz kimsəyə kin tutmayız
kamu aləm birdir bizə”
(Feodalların şairi) Yunus Əmrə
Yuxarıdakı ağıl azdıran Yunus Əmrənin sözləri
sömürüçü siniflər ilə işqalçı və işqal etdirən
millətlərin ağıl azdırıcı sözlərindəndirlər.
Halbuki: Cürətin qaynağı nifrətdir, kindir,
Bilikli kinin gücü birə mindir. B. Araz
208
Boykotçu istəməz xalqı oyana
İstər tənqidçi qanına boyana
Qatılma xalqı biliksiz qoyana <<<
Boykotçu haqlı sözün düşmanıdır
Düşməni tanıtmağın zamanıdır.
Boykotçunu buraxsan öz halına,
Yanarsan el-obanın əhvalına.
(Məndən demək, sizdən eşitmək.)
26.06.2010
Qrabağ üçün
hər kəs baş qaldırar.
209 *- Cənab Əli bəy Kərimli
İngiliz Hindistanı satmamışdı
Qonşu torpaqlarına qatmamışdı
Qandının yurdu itib-batmamışdı**
1- “Ad sənin, yar mənim” deyən yağı var***
2- Dinc savaşı aşılayan yağı var*
Türkün itirdiyi Qarabağı var
**- Silah ilə alınan silah ilə qaytarıla bilər.
***- O cümlədən bugünkü Hindistan və bənzərləri,
sömürgə biçimlərini yeniləşdirən imperialist-
lərin sömürgələri deyillərmi?
(Hind millətinə verilən iradə haqqı deyil, idarə haqqıdır.)
210
Türkün Qarabağı itib-batıbdır
Çünkü Bakısı özünü satıbdır
Bəslədiyi ordu yeyib-yatıbdır
Bir milyon qaçqını ordu susdurub
Yıxdığı dövlətinə qan qusdurub
(İnanmasan, Surət Hüseyinovdan sor!)
211
Öncə yurdu, sonra xalqı qurtular
Yoxsa işqal olmuş bölüm qırtılar
Qaçqın qadınının qarnı yırtılar
Ortaq mal üçün hər kəs baş qaldırar
(Qarabağ üçün hər kəs baş qaldırar)
İzin verməyəni taxtdan saldırar
212
Aksiya üçün izin almalıyıq
Hər həftə küçələrə dalmalıyıq
Qarabağı yadlara salmalıyıq
Dövlət itirər aldatdığı xalqı
Aksiyaya verməsə izin haqqı
213
Qarabağ aksiyası gücləndirər
Aksiya düşmənini suçlandırar
İç düşmən olaraq sonuclandırar
Qarabağ aksiyasının düşmanı
Qazanar xalqından ən pis yamanı
İfşa etməyin gəlibdir zamanı
214
Qarabağ aksiyasına izin al!
Xalqı küçələrdə oyadmağa dal!
Ordunun səhvlərini başa sal!
“Heç bir ana bir qarış torpaq doğmaz”*
Kimsə yurdərini öldürməz, boğmaz.
*- Böyük Atatürk
07.07.2010
Rus mafyasının
yalanına uyma!
215
İlham Əliyev aldadır budunu;
Deyir silahlandırmışık ordunu,
Ki qurtara bilə ana yurdunu. Halbuki:
Qarabağı işqal etdirən Rusya,
Gərəkən silahı satmaz dəyyusa.
Ədəbsiz mən deyiləm ki, satqındı.
Satqına dəyyus deməyək, nə deyək?
216 **- Uzunqalağı minərlər.
Gücsüz Erməni satılıb güclənə
Güclü Türk satılıb yurdu xərclənə
İşqalçının xeyrinə sonuclana
Erməni satılıb torpaq qazana
Türk satılıb ödül ilə bəzənə* (“avazə” və ...)
Aldanan Türkün qulağı uzana** (uzunqulaq)
*- Reklam gücü ilə təzəkdən konfet düzəltdikləri
Heydər Əliyevləri milli düşüncəsiz, qələmsiz
və xain məramlı olduqları üçün “dahı” liderlər
adlandırarlar ki, aldanan Türkün qulağı uzana.
Araz oyadar ki, ağlı uzana:
Araz deyər ki, o cümlədən Heydər Əliyev Azər-
baycanın iç düşmənlərinin (dünkü brokrat bur-
juvazının) lideri idi.
Çünkü iki yüz ildən bəri Azərbaycanın ən böyük
düşməni olan Rus millətinin güvəndiyi və seçdiyi
“lider”lərin sonuncusu da Heydər Əliyev idi.
Satqın deməz ki, satqınam. Uslu (ağıllı) ol!
217
Rus mafyasının yalanına uyma!
(İqtidarın yalanlarına uyma!)
Yalanını doğru yerinə qoyma!
İfşa edənin dərisini soyma!
Desə “Silahlı quvvə son havardı”,
O “son”un içində sonsuzluq vardı.
218 Rus mafyası imtahanını verdi.
Səkkiz il ata, səkkiz il də bala,
Prezident oldular satqınlara,
Ki Qarabağ düşmən əlində qala. <<<
Rusya istər İlhamı şah edə ki,
Qarabağın yasını tuta Bakı,
Bütövləşməyə Tərbiz ilə Şəki.
219
Rus mafyasının oyununa gəlmə!
On yeddi illik təcrübəni silmə!
Silahlanmış ol siyası bilimə! (Arazizminə)
İçiboş sözləri zibilliyə at!
Xalqının, yurdunun harayına çat!
14.07.2010
Tehran
Bakıya başqa yol aradır,
(Çünkü iqtidarın üzü qaradır.)
220
Tehran Rus mafyasının Fars qoludur
Türk qolu təkin Rusyanın quludur
Getdikləri yol Rusyanın yoludur
Çünkü iqtidarın üzü qaradır
Tehran Bakıya başqa yol aradır
Rus mafyasına dinçi qol yaradır (quzeydə)
221
Rusya ikiləyir Rus mafyasını
Dəyişdirir şəklini, boyasını
Ki söndürə güneyin ziyasını
Rus mafyası dinçi qolunu qurur
Tehranın əliylə işini görür
222
Tehran pul ilə işsiz Türkü alır (quzeydə)
Məkkə xərci də verir, yola salır (quzeydə)
Boşaldığı beyində qatıq çalır (güneyə düşünməsin)
Ki birinci Rus mafyası çökəndə
İkinci Rus mafyası çəkə bəndə
223
Bakı-Tehran bir bezin qırağıdır
Sömürgəçi Rusyanın yarağıdır
Qarabağ içdirdiyi arağıdır
Rus mafyasının şahı satıb-sovar
Etiraz edəni ... meydandan qovar
224
Azərbaycanlının dış düşməni var
Biri Rusyadır ki, Türkü edib ... XAR
Deyir Qarabağ üçün “Minsk”ə yalvar
“Minsk” istər ... işqalın ömrü uzana
İşqalçının bazarını qazana
225
Rus mafyası bilərəkdən cayıbdır
Rüşvətin adını “hörmət” qoyubdur
Demək “sayqı”nın canına qıyıbdır
Pislikdən bəslənən bu Rus mafyası
İstər tökülə xalqımın həyası
226
Bakının ünivesitə ustadı
Həm dövlətdən alır əmək ücrəti
Həm də öyrəncidən alır rüşvəti
Bax bu namussuzluğun lap özüdür
Səbəbi rüşvət verənin ... qızıdır
227
Rus mafyası məqamı pula satır
Rüşvətçi sədri mafyasına qatır
Haqqından rüşvət verən kama çatır
Ad qazandırsınlar deyə həqirə (iqtidara)
Yardım edirlər bir neçə fəqirə
Yarısını* yedirirlər pulgirə (Sədrə)
*- ~Sosyal yardımın öncəki altı ayını
228 *- Belə də məmləkət olar?
Rus mafyası sağlam ömür sürməyir
Rüşvət almadan heç bir iş görməyir <<<
Rüşvət verənin üstünə hürməyir
Xalqı sağlam yaşadan həyasıdır
Həyasızlaşdıran Rus mafyasıdır (Tu!)
229 *- 294-cü bəndə baxınız!
Azərbaycanlının aclıq dərdi var
Rüşvətçi aydını edib onu ... XAR
Deyir... rifah üçün İlhama yalvar
Ən yaxşı reform qol-budağı kəsər
Zülmün kökünü kəsməyən qan qusar
Şərayit hazırdır milli üsyana,
Çünkü Qarabağ da gəlibdir cana.
230
Rifahsız azərbaycanlı çürüyür
Susuzluqdan gül-çiçəyi quruyur
Yoxsulluqdan fəsad yurdu bürüyür
Rus mafyası ölkəmizi çapdırır
Rüşvətçi aydın da xalqı sapdırır
231
Türkiyə Türkü şan qazanır Türkə
Azərbaycan Türkü düşüb pis kökə
Çünkü aydını bulaşıbdır ... çirkə*
Yaltaq aydının məhsulu satılar
(Satqın aydının məhsulu satılar)
Hər millət aydını ilə dartılar. (ölçülər)
Qarabağımızı unudan cənablar!
Doğrudur, necə ki, Arif işarədən qanar”,
eləcə də rütbə ilə rüşvətə yaşayan du-
zaqçı aydın da başqa cür düşünər.
01.02.2011
Qarabağ istər ki, ordu bölünə.
232
Rus mafyasının oyununa gəlmə!
Rusqulu mafyanı özündən bilmə!
Satqın timsahın göz yaşını silmə!
Satqın həm yurd, həm də milli haqq satar
“Ətini yeyər, sümüyünü atar.”
233
Rus mafyası hər gün bir film oynayır*
İşqal etdirən Rusyanı “qınayır”
Taktikləri ilə xalqı ... sınayır
Film oynayır ki, səbir aşılaya
Qarabağın yasını qarşılaya
*- O cümlədən “Savaş havadan başlayacaq.”
Adlı yazıya baxınız!
234
Qırx il şahlıq edən bu sülaləni
(Çəkdirdikləri ... ah ilə naləni)
(Gözdən axdırdıqları şəlaləni)
Özündən sandın ki, düşdün pis kökə
Rəzalət qazandırdın şanlı Türkə <<
235
Ordumuz ikiyə bölünməlidir
Fərqli fikirlər bilinməlidir
İkisindən biri silinməlidir
Ordumuz bölünmüş olsa ikiyə
Milli qolu qismət olmaz tülküyə
236
Ordunun bir qolu Rus mafyasıdır
Qeyrət öldürmək onun qayəsidir
Dilədiyi Qarabağın yasıdır
Qarabağı satıb pullu rütbəyə
Rütbə qoymaz ki, düşünə dəbbəyə
237
Ordunun yurdsevər qolu millidir
Millinin dərdi hər Türkə bəllidir:
... Qarabağ probleminin həllidir.
Qarabağ istər ki, bölünə ordu
Yoxsa sağalmaz Qarabağın dərdi
238
Silah Rus mafyasının əlindədir
Silaha əl qoyan güc elindədir
Elin gücü bağıran dilindədir
Ordunun satqın qolu baş əyəcək
O zaman ki, başı daşa dəyəcək.
300
Azərbaycanın ordusu dekordur,
Sanki poker kartındakı jokerdir,
Qeyrətsiz olduğu üçün nökərdir,
Azərbaycanın ordusu vardır ki,
... Qarabağı da sata rəsmi Bakı.
301
Türk ordusu rəzil etmək üçündür,
Törənlərdə rejə getmək üçündür,
Sonra yeyib içib yatmaq üçündür;
Türk ordusu Türk öldürmək üçündür,
Türkün halına ağlayan ... Laçındır.
19.02.2011
Yazqısını Rusya yazan Türkə
sor!
239
Bakının yazqısını Rusya yazır (Rəsmi Bakı)
Yazqısını Rusya yazan Türk azır
Öz əli ilə özünə gor qazır
Rus mafyası milli qeyrət öldürür
Həm də Türkün saqqalına güldürür
240
Yazqısını Rusya yazan Türkə bax
Deyir yazılı haqları yandır-yax
Qarabağ fəryadına verməyin hax
Çünkü Rusya dərdə salıb Bakını
Qurtara bilməyə ... Xoyu, Makını
241
Yazqısını Rusya yazan Türkə gül
Başına toplayıb bir sürü “bülbül” (yaltaq şair)
Ki közləri yandırıb-edələr kül
Deyələr iqtidara ... olma yağı
İqtidar “qurtaracaq” Qarabağı
242
Yazqısını Rusya yazan Türkə sor!
Sizdən başqa kim edibdir bizi kor?
Kim qazıbdır Qarabağımıza gor?
Qırx il xəyanət etdiniz vətənə,
Yazıq batırdığınız bu kəfənə.
243 *- İş bölgüsünə görə.
Yazqısını Rusya yazan Türkə sor!
Hansı qanun deyib ki, xalqımı bur?
O qədər bəklət ki, əsabını yor?
Türk soylu Rus mafyasına düşən iş*
Moral öldürmək olub ki, edə baş
244
Yazqısını Rusya yazan Türkə sor!
Hansı qanun deyib ki, bığları bur?
Qarabağdan yana aksiyanı vur?
İqtidar xalqı döyür ki, susdura
İşqalçı Erməni də qan qusdura
245
Yazqısını Rusya yazan Türkə sor!
Hansı qanun deyib ki, həm ordu qur,
Həm də düşmənə qarşı qullanma zor?
Ordu varmı ki, yeyə, içə, yata,
Qarabağı yirmi il dərdə bata?
Bu səbəbdəndir ki, quzeydə də devrim gərəkir.
08.03.2011
Ma-şa-allah
bizim güney bölümə!
246
Silahlı Türk ordusu yeyir yatır
Gücü ancaq silahsız Türkə çatır
Qarabağı Ermənistana satır
Ma-şa-allah bizim bu ordumuza
Düşünməz işqal olmuş yurdumuza
247
Ma-şa-allah bizim müxalifətə
Qandıdan öyrəndiyi nəsihətə
Ki dinc savaş aşılayır millətə
Erməninin silahı işqal edib
Dinc savaşın torpağı əldən gedib
248
Ma-şa-allah bizim bozqurdumuza
Silahlı qol sunmayıb yurdumuza
Ki savaş günü dəyə dərdimizə
(Çanakkalada dəyə dərdimizə)
Umaram soy qırımı olmaz ... Xoyda
İş işdən keçdikdən sonra nə fayda?
249 *- 294-cü bəndə baxınız!
Ma-şa-allah bizim güney bölümə (önçülər)
Qarabağı sürükləyir ölümə
Çünkü iqtidarı ... öyür elimə
İqtidardan yana yaman istəyər (qarqış)
Qarabağsız Azərbaycan istəyər
250
Ma-şa-allah bizim bu aydınlara
Sevdirirlər quranı ... qadınlara
Satqın iqtidarı da budunlara
Deyirlər pisdi, satqındı, vəhşidi
Bizimki sizinkilərdən yaxşıdı.*
*- Halbuki, ... o cümlədən Təbrizin “Aşura” adlı ordusu
yardımı ilə Farsistanın işqal olunmuş sömürgəsini İraq
ordusunun əlindən qurtarıb və geri qaytaran Rus
mafyasının Fars soylu qolu İLƏ yirmi ildən bəri işqala
uğradılmış Qarabağ ilə ogünkü bir milyondan artıq
qaçqınTürkün yazqısını “Minsk” qurupunun istəyindən
asılı qılan ordulu Azərbaycan dövlətinin hakimiyyətini
oluşduran Türk soylu Rus mafyasının ortaq yanı yoxdur.
Çünkü uşaqdır hələ, savaşmaq bacarmayır.
09.03.2011
Vətən mənimdir əgər,
qurtarmıram, əl çəkin!
(Sabirin şerinin bugünkü şəkli)
251 *- Öz yazqını özün yazma!
Gərçi siyasi elmə, xalqım həvəskardır,
Gizləri kəşf etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
Bizə zərərdir, zərər, siyasətdən əl çəkin!*
Eyləməyin dəngsər, siyasərdən əl çəkin!
252
Bəski, xalqım cahildir, bizi xain sanmayır,
Qırx illik xəyanəti anlamayır, qanmayır,
Bizləri ifşa edən sözlərə aldanmayır,
Eyləyir ömrün hədər, iqtidardan əl çəkin!
Eyləməyin dəngsər, iqtidardan əl çəkin!
253
Qoysanız öz xalqımı mən salım öz halıma?!
Satqınlığı öyrədib, uydurum əhvalıma,
Dün bu siyasətimi ərz elədim alimə,
Söylədi: “həza kəfər”, sirr verməkdən əl çəkin!
Eyləməyin dəngsər, qır verməkdən əl çəkin!
254
Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,
İndi beş ildir tamam işimə əl qatmısız, (Arazim)
Ələhvazı qurtaran Farslara oxşatmısız,
Duydum işi sərbəsər, Qarabağdan əl çəkin!
Eyləməyin dəngsər, Qarabağdan əl çəkin!
255
Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın ordudan yoxsun güneyli qardaşına,
Ölsə də verməm riza silahlı savaşına,
“Minsk”qurupu deyir ki, öldürməkdən əl çəkin!*
Eyləməyin dəngsər, öldürməkdən əl çəkin!
*- Torpaq insana fəda! (Bizə gəlincə.)
256
Vətən bizimdir əgər, dəxli nədir sizlərə?
Qarabağı satdıran rütbə verib bizlərə, (Rusya)
Haqq verin atəşkəsə qulluq edən sözlərə,*
Bir kərə qan, müxtəsər, Qarabağdan əl çəkin!
Eyləməyin dəngsər, Qarabağdan əl çəkin**
*- ~ Əbədiləşsin!
**- Yoxsa sərəncam imzalaram haaaaaa.
10.03.2011
Yurduma
öncə Qarabağ lazımdır.
257
Rus mafyasından yana siyası Türk,*
Deyir həm avtoban çək, həm bina tik!
Həm də əyləndir ki, ola “kefi kök”, (qeyrətsiz)
Qarabağı unutduran yolu get!
İşqal etdirən Rusyaya qulluq et!
258
*- (Tanıdınmı satqına qulluq edən düşmanları?)
(Arazı boykot edən rüşvətçi qəhrəmanları?)
(Sən də özlərinə qaytarmalısan yamanları;)
(Yəni Arazizmin dadına yetiş!)
(Yoxsa sən də boykotçu ilə ötüş!)
259
Otayın dörddə bir bölümü batıb
Çünkü satqın iqtidar kama çatıb
Bu səbəbdən ordumuz yeyib-yatıb
Savaşın xərci xərclənir bölgəyə
Ki Qarabağ qismət ola özgəyə
260
İqtisad cəngə qulluq etməlidir
Savaş cəbhələrinə getməlidir
Ordumuzun dadına yetməlidir
Əylənmək üçün tikilən binalar
Qarabağı qurtarmazlar zurnalar
261
Yurduma öncə Qarabağ lazımdır
Sonra yağsız aşıma yağ lazımdır
Şəhərdə zavod, kəddə bağ lazımdır
Turistlər üçün tikilən binalar
Qarabağı qurtarmazlar sonalar
(Hansı başkənd yerində sayıbdır ki,)
(“İnkişaf”dan danışa ... bizim Bakı?)
262
Türkün dərdi itirilmiş topraqdır
Torpağı geri qaytaran yaraqdır
Yarağı qullanan milli maraqdır
İqtisad savaşa həsr olmalıdır
Öldürən-dərdə çarə bulmalıdır. (Haçan?)
263
Satmaram Qarabağımı bunlara:
Yeni yapılmış nə ... avtobanlara,
Nə də turistsəl hər cür məkanlara.
Yurdumu sülhə satanı sataram,
Savaş ilə hədəfimə çataram.
16.03.2011
Bayrağımız
yüz metrə alçalıbdır.
264
Kim deyir bayrağımız ucalıbdır?!
Çünkü Rusya ağlımızı çalıbdır,
Bayrağımız yüz metrə alçalıbdır,
Çünkü Qarabağda əsən fırtına,
Bayrağımızı gömüb yer altına.
265
Çünkü işqalçı Qarabağı alıb,
Gömdüyü bayrağımız dərdə salıb,
Otuz metrə yerin altında qalıb, (-31)
Üzə çıxmayıbdır yer altındakı,
Ki yetmiş metrə də ucalda Bakı. (+69)
266
Yetmiş metrə sapı uzanmış bayraq,
Çəkilən tiryakdır, içilən araq, (cahillər üçün)
Ağıl uyuşduran doğurmaz maraq.
Ağlı yetmiş metrə olan bir millət,
Yaradmaz özünə yüz metrə zillət.
267
Rus mafyası deyir ki, Türk cocuqdur,
Sümükləri bərkiməmiş sucuqdur,
Bəzək üçün qullanılan muncuqdur,
Türk böyük oğlan olmayıbdır hələ,
Ki ... Qarabağını qurtara bilə.
268
Rus mafyası rəzil edib xalqımı,
Əlimdən alıbdır savaş haqqımı,
Boykotçuları boğubdur nitqimi,
Bayrağımın sapını uzaldıb ki, (özünü yox)
Böyük gözükə alçaq rəsmi Bakı.
Vurun satqını ucaldan alçağı!
Yıxın uşaqlıq edən oyuncağı!
17.03.2011
Azərbaycana dəstəkçi lazımdır.
269
Arazizm bəlirdib xalqın haqqını, (hər alanda)
Ki bilikləndirə haqlı xalqını, (hər sahədə)
Çaldırmaya hər oynadan çalqını. (hər alanda)
Arazizm göstəribdir doğru yolu, (hər alanda)
Tanıdıbdır caydıran sağı, “sol”u. (hər alanda)
270
Doğru yolu gərçəkləşdirən eldir,
Yurdunu qoruyan silahlı qoldur,
Arazizm deyər işqalçını öldür.
“Minsk” gurupu deyir Türk insanına,
Qıyma qatil Erməninin canına.
271
“Minsk” gurupu deyir Türk insanına,
Təcavüz etsə Azərbaycanına,
Torpaq üçün qıyma qasib canına:
Yurdunu fəda et insanlığına,
Can fəda olmaya heyvanlığına.
Yirmi ildən bəri işqal olunmuş Qarabağımız ilə ogünkü
bir milyondan artıq qaçqın Türk xalqının yazqısını
“Minsk” qurupuna xətt verən Rusya yazdığı üçün,
nə fəqət yazqısını Rusyaya yazdıran Türk soylu Rus
mafyasının, bəlkə iqtidardan rütbə qoparmaq üçün
iqtidarın əl-ayağına dolaşan və bir milyon yarımdan
artıq bugünkü qaçqınları yetim qoymuş müxalifətin
də saqqalına gülür ki, oyanalar. lakin bilməyirlər ki,
rütbə ilə rüşvətə alışmış qoca nəsili dəyişdirmək olmaz.
272
Bazarları yenidən bölmək üçün,
“Şərq”in bazarı “Qərb”in olmaq üçün,*
Demokratları hakim qılmaq üçün,
Xarici bazarlarda savaş gedir,
Yerli xalq da özgürlük əldə edir.
*- “Şərq” ~ Rusya ilə Çinin sömürgə
anlamında gəzəgənləri.
273
Türk xalqının həm özgürlük dərdi var,
Həm də işqalçı əlində yurdu var,
Yurdunu qurtaracaq bozqurdu var,
Şərayit hazırdır milli üsyana,
Çünkü ... Qarabağ da gəlibdir cana,
Dəstəkçi lazımdır Azərbaycana.
274
Düzü əyridən ayırmadan öncə,
Ehtiyac devrim doğurmadan öncə,
Çin təkin silah qayırmadan öncə,
Azərbaycana dəstəkçi lazımdır,
Nədənini açıqlayan yazımdır.
20.03.2011
Zəngəzuru satanları unutduq!
275
Zəngəzuru satanları unutduq!
Çünkü xaini yurdsevər tanıtdıq!
Xaini devirən xalqı yanıltdıq!
Qarabağı satan xain liderdir,
Bugünkü İlhamdır, dünkü Heydərdir.
276
Azərbaycan Rusyanın bazarıdır,
Yazqısını yazan Rus “sezar”ıdır, (çar)
Türkə çəkdirdiyi Rus azarıdır;
Çəkilən dərd iqtidarın suçudur,
Rus bazarı olmağın sonucudur. <<<
*- Verilmiş bilgilərə görə 1991-dən bəri Azərbaycanın o cüm-
lədən neft və qaz yataqlarında Londonda olan BP adlı neft
və qaz fermaları 31 milyard dolar mali (sənaye) sərmayə ya-
yarırıblar. Yəni Azərbaycan xarici bazar olaraq “qərb” sər-
mayələrinə də yer veribdir. Və lakin “qərb” sərmayələrinə
yer vermədən öncəki Azərbaycanın milli yazqısını yazdıran
silah və ürətim aracları ticariti ilə xam maddə ürədən bazar-
ları olduqları kimi hələ də Rusyanın xarici bazarlarıdırlar.
277
Azərbaycanın sənaye sistəmi
Teknolojusunun növü, biçimi
Nə istixrac edəcək kölə kimi
Nələr montaj edəcək kölə kimi
Rusya iqtisadından asılıdır
Çünkü ... traktoru da Rus malıdır
278
Xarici bazar edən mal silahdır
Silah satan yazqı yazan Allahdır
Başqa malları satan zillullahdır
Azərbaycanın Tanrısı Rusyadır,
Bu səbəbdən vədələri nisyədir.
279
Azərbaycanı aclıq bürüyübdür,
Aclıqdan min bir fəsad törüyübdür,
Fəsad törədən rejim çürüyübdür.
Türkün iş gücünə Rus dəyər verir,
Maaşımı artır deyəni vurur.
(Türk soylu mafyasının əli ilə)
280
Azərbaycan ancaq adam qayırır,
Yaradıcı istəyindən ayırır,
Özgəyə montaj etməyə çağırır.
(Özgə köləsi olmağa çağırır.)
Bağımsız olmaq istəsən devrim yap!
Yoxsa devrimə zəmin yaradan tap!
(~ Azərbaycana dəstəkçi lazımdır.)
23.03.2011
İqtidara sözünü küçədə de!
281
Qarabağı işqal etdirən Rusdur,
Qarabağımı satan Türk dəyyusdur,
Satılan Qarabağ milli namusdur,
Dün Dərnənd, Borçalı, Zəngəzur, Göyçə,
Bu gün Qarabağ satılır “İliç”ə. (Viladmir İliç)
Yirmi ildir Qarabağ bizim deyil,*
Geri qaytarmağa da yoxdur meyil.**
*- “Ad mənim, yar özgənin.”
**- İqtidarın əməlindən sor!
282 *- Hər liderə inanma!
Çünkü Türk inandı hər bir liderə,
Namusunu tapışırdı Heydərə,
Satqın uğratdı bugünkü qədərə.
Türk seçdiyi lideri “Tanrı” sanır, (müqəddəs)
Bu səbəbdən... cəhənnəmində yanır.
283
Türk doğada materialist olsa da,
Dünyada yeddinci xalı alsa da*
(Norvejdən sonrakı yeri bulsa da,)
İçiboş Tanrını yola salsa da,
Türkün getdiyi yol dinin yoludur,
Çünkü yaratdıqlarının quludur: (dərdin kökü)
Çünkü seçdiyi liderin quludur. <<<
www.gallup.com/poll/114211/alabamians-iranians-common.aspx
284
Hər çalğıçı oynayanı oynadar,
Tanrı yaradan Tanrısın yönəldər,
(Seçdiyi lideri seçən yönəldər,)
Satqın lider ürəkləri göynədər,
Ağlını versən satqının əlinə, <<<
Bugünkü yazqının yazar elinə.
285
Hər diktator öz elinin suçudur, <<<
Hər devrim el gücünün sonucudur,
Hər qorxunu gedərən el gücüdür,
El dəstəkləməyən rejim devrilər,
Yandıranın külü göyə sovrular.
286
İqtidara sözünü küçədə de!
“A”dan anlayana anlaşılar “z”e,
Söz dinləməyənin söz haqqını ye!
Atalar demiş “El gücü, sel gücü.”,
El gücü bəlli edər hər sonucu.
24.03.2011
Göyçəli
qarqış edir atamıza.
287
Atamız qıymadı heç bir serçəyə,
Çünkü haqq vermədi çənlibelçiyə;
Düşmənə qarşı çıxmadı küçəyə,
Dedi Nəsimi təkin savaşa dal! (Rus siyasəti)
“Misri” qılıncı sat, taxta qılınc al!
(Polad qılıncı sat, taxta qılınc al!)
288
Atamız xəyanət etdi Göyçəyə,
Borçalını fəda etdi gürcüyə;
Etiraz üçün çıxmadı küçəyə.
Göyçəli qarqış edir atamıza,
Ki düşünək bugünkü xətamıza.
289
Atamız satıldı kəlləpaçaya, (~ nisbi rifaha)
Dərbəndi satan qondarma solçuya;
Etiraz üçün çıxmadı küçəyə.
Yirmi ildir Qarabağ işqal olub,
Küçələr bomboş qalıb, evlər dolub.
290
Atamız satıldı büryan beçəyə,
Satılmadı Zəngəzura, Göyçəyə;
Zəngəzur üçün çıxmadı küçəyə.
Yirmi ildir küçəyə çıxan yoxdur,
Qarabağın evini yıxan çoxdur.
291
Atamız satdı Dərbəndi neçəyə?
İki qoyun ilə iki keçiyə;
Etiraz üçün çıxmadı küçəyə.
Vətənin dəyəri ölçüyə gəlməz,
Leylisiz heç bir Məcnun dağı dəlməz.
292 İnanma qondarma liderlərinə!
Atamız dolu yağdırdı qönçəyə,
Həm də çirkini bənzətdi göyçəyə;
Etiraz üçün çıxmadı küçəyə.
Atamızın verdiyi dərsləri göm!*
Küçədə bağırmayan ağzını yum!
*- Sən də hər şeyin yenisini yarat! (bilim, yöntəm, arac.)
Eski ölçünün təkəlindən çıxart! (ideoloji)
Yıpradanların təkəlindən çıxart! (inhisar)
(Köləçilərin təkəlindən çıxart!)
(Yadlaşdıranın təkəlindən çıxart!)
(Yad sözcüyünün təkəlindən çıxart!)
(Eski nəsilin təkəlindən çıxart!) (köhnə ....)
(Yəni xalqa arazizmini arat!)
27.03.2011 Baltacı Araz
Arazın hər yazısı bir açardır.
“Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.”
İrəvan şahı olur azərbaycanlı Erməni. (Robert Gocharyan)
293 *- Başqa adresə göndərər.
Ağıllı ... iç düşmənini unutmaz,
Başqa adresə göndərib-yanıltmaz,
Düşmən iç və dış düşməni tanıtmaz.* (satanı, satdıranı.)
İnanma hər “Azərbaycan” deyənə;**
Ovlayan aracına “can” deyənə. (vəsait, “yem”.)
**- Ovlayan araclarına “can” deyən o cümlədən bugünkü
satqın iqtidarın başçıları ilə məddah şairlərinə inanma!
294 Utanmaq da yaxşı şeydir.
İqtidarı qullanmaq istəyən Türk,
Sunmamalıdır alçaqları böyük,
Yoxsa Qarabağ da deyər ondan ürk.
Qarabağı satan mafya sevilməz, (249-cü bənd)
Dilənilən yardım üçün öyülməz. (229-cü bənd)
*- Satqını “dahi” tanıtmaq eyibdir, (Səhifə 66)
Eyibinə düşünməyən “GAİP”dır.
İqtidardan yana yaman istəyər, (qarqış)
... Qarabağsız Azərbaycan istəyər.
* * * * * * * *
GAİP prezident İlham Əliyevə açıq məktub göndərib:
Azərbayca Respublikasinin Prezidenti
Ali Cənab İlham Əliyev
Dünyada yaşayan bütün Azərbaycanlıların qibləsi və umudu
Azərbaycan Cumhuriyətidir. Böyük vətənimizin bir parçası-
nın müstəqil və millətlər arasında başı uca durmağı bizim
fəxrimizdir. Güney Azərbaycanın gələcəği və səadəti yolun-
da çalışan Güney Azərbaycan İstiqlal Partisi (GAİP) dəfələr-
cə Azərbaycan Cumhuriyətinin gələcəğinin Güney Azərbay-
candan ayrı olmadığını, və bütün dünya Azərbaycanlılarının
istiqbalı sizin dahi lidərliğinizlə olacağını vurqulamışdır.
Mərhum Prezident Cənab Heydər Əliyevin xaricdə yaşayan
vətəndaşlarımıza münasib və müvafiq nəzəri və sizin dahi
liderliğiniz idarəsində olan vətənimizin özgür parçası hər
Azərbaycanlının iftixarıdır.
Güney Azərbaycanda insan haqları yolunda çalışan və İran
İslam diktatorluğunun basqısından qaçqın vəya sürgün dü-
şən vətəndaşların bəzisi Azərbaycan Cumhuriyətinə mültəci
olarak sığınmışlar. Bu sığınmacılara haqq etdikləri kimin
Azərbaycan Cumhuriyətinin vətəndaşlığını rahatlık yaratmaq
üçün onlara nəzərə almanızı istəyirik. Əlbəttə ki dünyada
hər özünü Azərbaycanlı bilen şexsin iqtidarlı Azərbaycan
Cumhuriyətindən başqa baxacağı, özünü bağlı biləcəği, və
gedəcəği yer yoxdur.
Əlavə olaraq uzun illər boyu İran İslam basqısına məruz
qalan Güney Azərbaycandan qaçqın vəya sürgün düşən və
xaricdə yaşayanlara vətəndaşlıq rahatlığını sağlamanızı sizin
ali məqamınızdan tələb edib, istəyirik. Sizin və ali devlətimizin
uyqun görəcəği bu yöntəm, Güney Azərbaycan vətəndaşının
xaric ülkələrdə əriyib getməsini önləyəcəkdir.
Sizə bütün Azərbaycan namına minnətdarlığımızı bıldırırık.
Dərin hörmətlərimizlə
Güney Azərbaycan İstiqlal Partisi 3 May. 2011
Telefon nömrəsi: 0014169108049
Ay Bakı,
bükmə güneyin belini!
295
İki min ön birin muğam yarışı,
Antitürk farscaya sundu girişi,
Yasaq türkcəyə yedirə barışı:
Muğamat yarışı bəhanə oldu,
Antitürk siyasətinə yol buldu.
296
Bakı istəyini dilə gətirdi, (Rəsmi Bakı)
Ərəb dili ilə izi itirdi, <<<
Fars dili ilə sözünü bitirdi:
Rus mafyasının Fars ilə Türk qolu,
“Ərbab”ı ilə tanıtdılar “qul”u,*
Büküldü əlli milyon Türkün beli.
*- Azərbaycanın güneyindən qatılan qonaqları.
297
Farsın haqqı var ki, Türkə “xər” deyə,
O Türkə ki, istər farsca pox yeyə,
Türkcənin qatili Farsa baş əyə.
Ay Bakı, bükmə güneyin belini!
Antitürk Farsa satma Türk elini!
Türkün üsyandan başqa yolu yoxdur,
Nə yazıq ki, satqın aydını çoxdur.
10.06.2011
Rəzil edin ordunu ordu günü!
(26.06.2011)
(Türk ordusunun ağası Rusyadır,)
(Sanmakı Qafqazla orta Asiyadır.)
298
Qeyrətsiz ordu yeyər, içər, yatar,
El-obasını atəşkəsə satar,
Gücü ancaq silahsız Türkə çatar: (Milli üsyanda)
Türk ordusu Türk öldürmək üçündür,
Türkün halına ağlayan ... Laçındır.
299
Türk ordusunun utanmaz üzü var,
Buynuzlu yalan deməyə sözü var,
Düşməni yaxmağa guya “köz”ü var, (Silah)
Qarabağda nə izi, nə tozu var:* (Nəticə)
Qarabağa göz yummaq istəsən sus,
Yoxsa tanıt ki, rəzil ola dəyyus.
*- Qarabağın qurtuluşuna gərəkən pulları o cümlədən
örovziyon ilə turistlərə xərcləyirlər ki, ...
300
Azərbaycanın ordusu dekordur,
Sanki poker kartındakı jokerdir,
Qeyrətsiz olduğu üçün nökərdir:
Azərbaycanın ordusu vardır ki,
Qarabağı da sata rəsmi Bakı.
301
Türk ordusu rəzil etmək üçündür,
Törənlərdə rejə getmək üçündür,
Sonra yeyib içib yatmaq üçündür;
Türk ordusu Türk öldürmək üçündür,
Türkün halına ağlayan ... Laçındır.
302
Ay Azərbaycanın ordusu düşün!
Düşün gör nə üçün qurulub qoşun!
Niyə yeyib yatmaq olubdur işin!
Qarabağı işqal etdirən ağa, (Rusya)
İstəməz düşünəsən qarabağa.
303
Ay Azərbaycanın satqın ordusu,
Xain ordunun çürüyər pərdisi,
İşqal olunar hər gün bir kərdisi, (... Urmusu)
Sən su qatdın Elçibəyin aşına,
Yıxdın Türkün dam-daşını başına.
Sənəskərin əl-qolunu bağladın, (iç düşmən)
Atəşkəsə uzun ömür sağladın.
304
Ay Azərbaycanın ordusu oyan!
Ay qanlı Xocalını ağlar qoyan!
Çağırma yaslı xalqımızı toyan! (Hərbi parada)
Dəyişməyəcəksə ordunun yönü,
Rəzil edin ordunu ordu günü!
15.06.2011
“Əmniyyət” lazımdır
“müftə neft” üçün.
305
Açılmayır Qarabağın dügünü,
Unudulub Qarabağın sürgünü,
Neft doğurub Türkə bu qara günü: <<<
“Əmniyyet” lazımdır “müftə neft” üçün,
Ki yeyə, içə, yata milli gücün.
306
Türkü bu günə qoyan nefti batır, <<<
Əti yox ki, sümüyü Türkə çatır,
Sümük gəmirən Türk də yeyir, yatır:
“Müftə neft” istər ki, “əmniyyət” ola,
Türkün yurdu işqal altında qala.
307
Sümük gəmirən Türk deyir ay qoşun!
Qarabağsız Azərbaycana düşün! <<<
Ki yemək, içmək, yatmaq ola işin,
Yoxsa Bakımız da işqal olunar, (ha ha ha)
(İşqalçıya qarşı çarə bulunar.)*
308
Türk oynayır “müftə neft”in sazına,
Ki atəşkəsin ömürü uzana,
“Xoş” keçə qaçqın oğluna, qızına:
Qarabağını satır “əmniyyət”ə, <<<
Deyir” əmniyyət” lazımdır millətə.
309
“Müftə neft” haqq verməyir Türk savaşa,
Ki ömürü savaşsız çata başa,
Düşünməyə itirdiyi ... dağ-daşa:
“Müftə neft” deyir düşünmə günaha,
Savaşın xərcini xərclə ... rifaha!*
Deyələr “Allah ömür versin şaha”.
*- Rüşvət alan “quzeyli” və “güneyli”
yaltaqların rifahlarından söz gedir.
04.07.2011
Türk, Rus köləsi olub ki,
uduza!
310 **- Pərdə arxasında.
Moskovanın gəzəgənləri olan,
Rəsmi Bakı ilə Tehran, İrəvan,
Stratejik dostdurlar, Azərbaycan!
Rusya höküm sürür Azərbaycanda,*
Həm siyası, həm də hərbi alanda.
(Axdarsan tapa bilərsən dalanda.)**
*- Bu səbəbdən ordumuz yeyir, yatır,
Yurdunu Erməniyə, Farsa satır.
311
Rusya rejiminin şəklini pozdu,
Ekonomu sahəsində uduzdu,
Uduzduğu sahələrdə lüt gəzdı:
Zəifləmiş Rusya artırdı dərdi,
Bakının neftindən “qərb”ə pay verdi.
312
Azərbaycandan “qərb”ə yetişən pay,
İynə ucu qədərdir ki, edə zay,
Deyə sümük gəmir ki, yerində say!
Azərbaycan Rusyanın bazarıdır,
Nəfəsli ölülərin məzarıdır. (Sən də ağla!)
313
Rus köləsi Türk ... nəfəsli ölüdür,
Bombasını yapdığı Fars “dəli”dir,
Qasib etdiyi Erməni elidir.
Türk, Rus köləsi olub ki, uduza,
Rusyanın xəstə etdiyi quduza.
(Erməni ilə Fars təkin quduza.)
07.07.2011
Rus mafyasının yükü
Rus yüküdür.
314
Pul əl çirki təkin gəldi-gedərdir,
Neft sümüyü gəmirtdirən Heydərdir,
(Torpağı sümüyə satan Heydərdir,)
Torpaq qazandıran qasib liderdir.
Qasib Erməni qıydı Qarabağa,
Neft tranzitini satdı torpağa.*
*- Rüşvətçi Türkün ölçüsü manatdır.
“Heç bir ana bir qarış topraq doğa bilməz.”
Böyük Atatürk
315
Şah Heydərin öyrəncisi şah İlham,
Özü ilə daşıyır xain məram,
Məramına qazansın deyə inam,
Deyir mən “prezident”iyəm bu gün,
Əlli milyon azərbaycanlı Türkün.
316
Şah İlhamın aldadıcı sözləri,
İstərlər ki, gizlədələr gizləri,
Ki bəlli ola bilməyə bezləri,*
Əlli milyon azərbaycanlı Türkü,
Aldadır ki, daşına Rusun yükü.
*- Hansı bezin qırağından olduqlarından söz gedir.
317
Erməni qulluq edir paşasına,
Ki torpaq qazandıra maşasına,
Türk qayıda bilməyə ... Şuşasına,
Türk qulluq edir Türk soylu dəyyusa,
Qarabağı işqal etdirən Rusa.
318
Rus mafyasının oyununa gələn,
Rusyanın yükünü yükləyər belən,
Xəyanət edər yurdun ilə elən;
Oyuncaq özgələr üçün yaşıyar,
Yaşatdığının yükünü daşıdar.
319
Rus mafyası istər Türkü ovlaya
Buynuzlu yalanlar ilə tovlaya,
Ki qulluq edə antitürk mövlaya,
Rus mafyasının mövlası Rusyadır,
Qarabağın payı ondan nisyədir.
08.07.2011
Qeyrətsizliyin qurbanı
... Laçındır.
(18.10.2011) Dövlət müstəqilliyi günü
320
Röyamada gördüm Dağıstan çobanı,
İşqal edib Sumqayıtı, Qubanı,
Türkü ölümdən qurtarıb dabanı;
İşqalçı Dağıstan Türkü köçdürüb,
Dirənən Türkün qanını içdirib.
*- Soy qırımına uğradılan bugünkü məzlum
Türkün qurtulması üçün dabanından baş-
qa harayına çatacaq nəyi (hansı silahı) və
kimi (hansı oyadıcısı və milli ordusu) var?
321
Qubadan qayıtdım gəldim Bakıya
Dedilər qubalı köçüb Şəkiyə,
Allah ömür versin bizim “zəki”ə
“Zəki” deyər yurd üçün qıyma cana,
Sülh qaytarar yurdu Azərbaycana.
322
Gördüm nə dövlət qubadan danışır,
Nə də xalqım el-obadan danışır,
Satqınlıq ilə rebadan danəşır; (riba ~ faiz)
Quba da ikinci Qarabağ olub,
Çünkü Türkün milli qerəti ölüb.
323
Dedim Gürcüstan da girsə yurduma,
Qeyrət aşılanmasa bozqurduma,
Güvənilməz ki, qeyrətsiz orduma.
Dedi Turan işqal olmaq üçündür,
Çünkü qeyrətsizlik “mənim” suçumdur,
Qeyrətsizliyin qurbanı ... Laçındır.
324
Dedim iç düşmənin Rus mafyasıdır, (Bugünkü dövlət)
Onda bulunmayan şey həyasıdır,
Onu “bəyəndirən” şey riyasıdır,
Dedi milli qeyrəti o öldürüb,
Dünyanı saqqalımıza güldürüb.
325
Dedim dövlət milli qeyrəti burdu,
İç düşməni qoruyan ordu qurdu,
Kim qurtaracaq işqal olmuş yurdu?
Dedi ümidimiz qalmış Tərbizə,*
Bütöv Azərbaycan lazımdır bizə. (tarixi zərurət)
*- Çatla bağrım Araza çəkdirmə dərd!
Niyə Qarabağ haqqında susublar?
Niyə ifşaçı Arazdan küsüblər?
Boykotçular hansı haqqı asıblar?
Bugünkü boykotçu iqtidar olsa,
Sabahkı ifşaçı gərək qan qusa.
18.10.2011 Baltacı Araz
“Biz”ə əmniyyət lazımdır,
NƏ... Laçın.
326
Montaj ferma imtiyazı satırıq,
(+ Neft ferması imtiyazı satırıq,)
Rüşvət alıb, yeyib, içib, yatırıq, <<<
İşçi ürətib, sürüyə qatırıq,
Sağılan südümüz yurdu tərk edir,
(Artıq dəyərimiz yurdu tərk edir,)
Montaj ferma quran ölkəyə gedir.
Neft ferması quran ölkəyə gedir.
327 (Sərmayə ilə ağalıq satılmaz.)
Ək dəyər fermaçı məmləkətindir,
Rüşvət imtiyaz satan brökratındır,*
İdarəçilik payı dövlətindir,
Öyrənmədən siyasətə qatılma!
Özün ol ki, özgələrə satılma!
*- Rüşvət ilə millət vəkillərinin səslərini alan dövlət başçılarından
söz gedir ki, həm də dövlətə yetişən idarəçilik payından çalırlar.
328 (Çinlidən yox, Türkdən sor gör ...?)
Milli iqtisaddan sor gör nə deyir?
Deyir qazancımızı özgə yeyir,
Montajdan ölkəmiz görməyi xeyir;
1- Yurd bizimdir, fermalar özgələrin, <<<
Karımız sömürgəçi ölkələrin.
2- Ad bizimdir, bankalar özgələrin, <<<
Verdiyimiz faiz yad ölkələrin.
329
Biz adam qayırırıq özgələrə, (1)
Çapdırırıq yabancı ölkələrə, (2)
Rüşvət qazandırırıq tülkülərə, (3)
Deyirik Azərbaycan “abad”olub,
Halbuki sömürgəçi azad olub.
330
Sömürgəçiliyin üçüncü şəkli,
Cahilə seçdirir millət vəkili,
Şah qıldığına sürdürür kəkili, (~ Tac)
Deyir yabancı sərmayələr üçün,
“Biz”ə əmniyyət lazımdır, nə ... Laçın.
Dövlət deyir yurd üçün qıyma cana,
Sülh qaytarar yurdu Azərbaycana.
331
(Sömürgəçiliyin ikinci şəkli,)
(Federalizmdir ki, edər asılı,)
(Deyər azad olsun burulmuş dili,)
(Mərkəzə hakim millətin dövləti,)
(Başqa dövlətləri etsin külfəti.)
(Deyər dil haqqını ver ki, sapmasın,)
(Yəni reform et ki, devrim yapmasın,)
(Çapdığın yurdu İrandan qopmasın.)
23.10.2011 Baltacı Araz
İlham Əliyevdən Quzey Azərbaycanda Misir
senarisi arzulayanlara xəbərdarlıq (5.2.2012)
]Quzey Azərbaycan prezidenti İlham Əliyev Münhendə (Münxen
Təhlükəsizlik Konfransında) təxribat xarakterli sualla qarşılaşıb. …
ANS-in xəbərinə görə, o (iştirakçılardan bir), “Alyans”ın sədri
Maykl Dikmana sual verib:
“... Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada
Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə
Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbay-
can kimi ölkəyə sərmayə yatıracaqsınızmı?”.
Azərbaycan prezidenti Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət
kimi təqdim etməyə cəhd olunan sualı şərh edib:
“Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksi-
yası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi
bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik pre-
zidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə –
300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib.
İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 mil-
yondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məh-
sulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir.
Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz var. Bizim
parlamentdə təmsil olunan 10-dan çox partiyamız var. Bizim azad
mətbuatımız var. Bizdə söz azadlığı var. Bizdə din azadlığı var.
Nəhayət, bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim
regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycan-
da internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm ar-
tmaqdadır”.
Dövlət başçısı Azərbaycanda Misir ssenarisi arzulayanlara sərt
cavab verib (Bəşər Əsədin cavablarından. Baltacı Araz):
“Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda
Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin
edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu
görməyəcəksiniz”.
Xatırladaq ki, son illərdən başlayan etiraz aksiyaları getdikcə ge-
nişlənməkdədir və hakimiyətin özbaşınalığı və milli dəyərləri heçə
sayıb korrapsiyaya batması bu etirazları yayqınlaşdırmaqdadır. ....
_________________________________________________
Milli haqlarını və milli mənfəətlərini sinfi və fərdi çıxarlarına satan
yalançı və tülkü sifət Rus mafyasının liderliyini etmiş Heydər Əli-
yevin oğlu İlhamın buynuzlu yalanlarını öyrənmək üçün Azərbay-
canda yaşanmaqda olan durumlar ilə olaylardan, və o olayların çox
kiçik bölümünü yansıdan (o cümlədən) Əli Kərimlinin məqalələri
ilə çıxışlarına müraciət edin. Baltacı Araz
Minsk qurupu ölçür, Erməni biçir,
Antitürk Rusyanı Bakı dost seçir,
Bu səbəbdəndir ki, Elçibəy demiş;
“Qarabağın yolu Təbrizdən keçir,”
(İşqal etdirən Rusu Kim dost seçir?)
(Düşmanı Kim stratejik dost seçir?)
(Cavab: İqtidarın sinfi çıxarları.)
Ay ... sənətçi, alim, hərbçı, siyası!
Satqınlardan oluşub Rus mafyası,
O məddahlardan ki, olmaz həyası.
Satqın yurdunu da rütbəyə satar,
Qeyrət öldürmək üçün yeyər, yatar.
(Satqına uyanın varlığı batar.)
Şərait hazırdır milli üsyana,
Çünkü Qarabağ da gəlibdir cana.
Millətin satqını yurdunu satar,
Satqınlıq payı alar, yeyər, yatar,
Sömürgəçinin harayına çatar,
(~İrançı Farsın harayına çatar,)
Bağımsız olmayan hər varlıq batar.